Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən ölkə prezidentinə və mətbuat orqanlarına ünvanlanmış növbəti müraciətində “Mənzil növbəsində ailəmizin süründürməçiliyinə son qoyulması” barədə bəhs edilir. Müraciətdən aydın olur ki, adi bir şəhid anasına qarşı yerli və ƏƏSMN-nin məsuliyyətsiz məmurlarının özlərini DonKİxot kimi aparmaları doğrusu, başa düşülən deyil. Amma inanırıq ki, dövlət başçısı şəhid ansını süründürməçiliyə salan bu məmur dəstəsi barədə tezliklə qanuni ölçü götürəcək, peşəkar döyüşçü olmuş və ermənilərin başına 3 milyon rubl qoymuş Şəkili Faiq kimi tanınan şəhidimizin ruhu şad olacaq. Hələlik isə görünən budur ki, paşinyanlar, sarkisyanlar və yerli məmurlar belə bir şəhid ailəsinin süründürməçiliyindən məmnundurlar. Müraciəti olduğu kimi təqdim edirik:
"Budur,sonuncu şikayətimdən dərhal sonra 21 yanvar 2021-də bizim evimizə ƏƏSM-dən (012) 525 41 30 xidməti telefonundan cavan oğlan zəng edib danışdı. Məlum oldu ki, şəhid anası kimi mənim Məfkurə Əbdürəhimovanın adına torpaq sahəsi olmadığı üçün nazirlik 4 ay əvvəl ( 15 avqust 2020-ci ildə) bizim o vaxtkı müraciətə uyğun olaraq ev tikmək üçün ailəyə torpaq sahəsinin ayrılması üçün Şəki şəhər İcra Hakimiyyəti başçısına rəsmi məktub göndərilib. Və hələ də cavab ala bilmədiklərini qeyd etdi. Nazirlik bizə də demişdi ki. torpağı göstər evi tikək. Budur, Şəki İH-ti buna nə imkan verir, nə də şərait verir.Sadəcə mənasız susqunluğunu davam etdirir. Bəs bu hörmətsizlik deyil Nədir? 2005-ci ildən nazir Əli Nağıyev dövründən indiyədək Şəkiidə 6 yaşayış binası tikilib şəhid ailələri üçün istifadəyə verilib. Cəmi rayonda olan 300 şəhiddən az hissəsinə bu binalarda yer verilib. biz də deyirik ki, kənar şəxslərə pul müqabilində verincə əvvəl biz şəhid ailələrini təmin etsinlər ondan sonra kənar şəxslərə satsınlar. Fakt ortalıqdadır. sadəcə yoxlamağa imkan vermirlər ki, ifşa olunarlar. Hesablama Palatası da müraciətimizi qanunsuz olaraq araşdırılması üçün yenidən yerli hökümətə göndərir.
Cənab Prezident bir daha xatırladıram ki, mənim adım ev növbəsində Şəki üzrə şəhid ailələri arasında 11-cidir. 2012-ci ildən. Aradan 9 il keçib amma bir tərpəniş yoxdur. Siz isə çıxışlarınızda bildirisiniz ki, bu günə qədər 9000-dən artıq şəhid ailəsinə ev vermişik Bu ildə 3000 nəfərə ev veriləcəkdir. 4700 hazır ev isə şəhid ailələrinə verilmək üçün ƏƏSMN balansına 2020-ci ildən verilmişdir. Ona görə Sizdən son dəfə xahiş edirəm ki, istər Abşeron, istər Bakı, istərsə də Sumqayıtda şəhid ailələri üçün verilməsi nəzərdə tutlan bu mənzillərdən birini də bizim 8 nəfərdən ibarət ailəmizə verilməsinə göstəriş verin ki, bizim də canımız yerli məsuliyyətsiz məmurların süründürməçiliyindən, şəhid ailələrinə qoyulan biganəlikdən, saymamazlıqdan, məsuliyyətsiz yanaşmadan canımız qurtarsın. Bu məmurlar 2020-ci ilin avqustunda evimizə gəlib hədləyiblər ki, bir də şikayət etsəniz ev üzü görməyəcəksiniz. Çox xahiş edirəm bizi namərdlərin ümidinə buraxmayın.
Hörmətlə, şəhid anası və 8 övlad anası Məfkurə Əbdürəhimova