Rusiya rəsmiləri Azərbaycanın erməni işğalından azad edilmiş Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarının tapılmasına reaksiya verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov raketlərin Qarabağda tətbiq olunmasını təkzib edib.
"“İsgəndər” raketləri Qarabağda tətbiq olunmayıb və bu təsdiqlənib”- deyə Peskov bildirib.
Putinin mətbuat katibi Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların müzakirə olunacağını və bu ölkədə iyunun 20-də baş tutacaq növbədənkənar seçkilərdən söhbət açılacağını da təsdiqləyib.
Xatırladaq ki, “İsgəndər” raketlərinin Şuşada tətbiq olunduğu barədə xəbəri Azərbaycanın Minalardan Təmizlənməsi üzrə Milli Agentlik yaymışdı.
P.S. Xatırladaq ki, ermənilərin yaydıqları videogörüntülrdə də Şuşa şəhəri azad olunan günü, noyabrın 7-də Ermənistan tərəfindən şuşaya 3 ədədə "isgəndər" raketləri atıldığı görünür. Hər bir belə raketin düşdüyü ərazi 2 ha sahəni tamamilə məhv etmə qabiliyyətinə malikdir.