Partlamamış keyfiyyətsiz "İsgəndər" raketləri barədə Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatı ona həyatı hesabına başa gələ bilər.
Hazırda Ermənistanda və Rusiyada yüksək rütbəli hərbçilər bununla bağlı tamamilə əks bəyanatlar verirlər. Erməni generallar da bir-birinə zidd çıxışlar etsələr də onların çoxu deyir ki, raket atırdılar.
Doğrudur, Paşinyanın sözlərindən sonra Baş Qərargahın keçmiş rəisi Movses Akopyan özünün əvvəlki bəyanatını təkrarlayıb ki, "İsgəndər"lər üç dəfə, ancaq müharibənin sonunda və Şuşada atıblar. Akopyan bunu "İsgəndər"lərin müharibə zamanı tətbiq olunmaması və yerləşmə yerində olması barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsinin təkzibindən sonra bildirib.
Lakin müharibə zamanı Azərbaycan ictimaiyyəti Gəncəyə atılan sonuncu raket hücumundan sonra, yenidən Ermənistan sərhəddinə gətirilmiş “4 ədəd “İsgəndər” raketlərinin start vəziyyətinə gətirildiyi an necə vurulmasını göstərən fraqmentlər də yayımlanmışdır.
Xocalı canisi Serj Sarkisyanın baş nazirə qaşı “İsgəndər”lərdən müharibənin ilk günlərindən neft kəmərlərinə niyə zərbələr endirilməməsi “ ittihamından sonra Paşinyanın məlum bəyanatından sonra bu raketlərdən istifadə edildiyini erməni generallar da bildirmişdir.
Budur, Rusiya tərəfini qəzəbləndirən odur ki, dünyanı lərzəyə salan raket sisteminin yararsızlığı məsələsi müzakirə predmetinə çevrilib. Və Rusiya Federasiyasının Hərbi Sənaye Kompleksi başda Paşinyan olmaqla ermənilərə məhz bunu bağışlaya bilmirlər. Hadisələrin bu istiqamətdə dramatik inkişafı isə onu deməyə əsas verir ki, yaxın günlərdə Paşinyan “İsgəndər”lə bağlı verdiyi açıqlamasına görə Azərbaycanın aviasiya generalı olmuş mərhum generalı Raul Rzayev kimi qətlə yetirilə bilər. Və bu qətlin üstünün açılması da heç vaxt mümkün olmaycaq. Paşinyan hazırda qorumalarının sayını artırsa da, mühafizə sistemini gücləndirsə də onun fiziki məhv edilməsi an məsələsidir.
İfadetv.com –un araşdırma qrupu