Ermənistan noyabrda Qarabağ müharibəsi zamanı Rusiya istehsalı olan ballistik “İsgəndər” raketini Bakını vurmaq üçün istifadə edib. Lakin raket Bakı üzərində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Bakıpost.az xəbər verir ki, bu sensasion materialı yüksək rütbəli məmura istinadla Britaniya nəşri "Middle East Eye" yayımlayıb.
“İrəvan “İsgəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”, - deyə britaniyalı məmur bildirib.
Xatılatmaq yerinə düşərdi ki, fevralın 25-də ifadetv.com saytında yayımlanmış "RUS HƏRBİ EKSPERTDƏN SENSASİON AÇIQLAMA - "10 noyabrda Ermənistan Bakıya raket atdı" balıqlı məqaləyə şərh olaraq əlavə edilmiş hissədə məlumatlı mənbəmizin verdiyi informasiyaya istinadən qeyd etmişdik:
" P.S. Bəli həqiqətən Xırdalan şəhər sakinləri etiraf etdilər ki, 10 noyabr gecə saat 2 radələrində göydən güclü partayış səsi eşidildi. Evlərimiz titrdi.
Bu sülh bəyənatı imzalandıqdan sonra atılan 3 son "İskəndər" raketi oldu. Məlumatlı mənbənin dediyinə görə 44 gün ərzində Bakıya 400 dən artıq raketlər atılmışdır. 23 fevralda Paşınyan haqlı olaraq qeyd etmişdir ki, Ermənistan tərəfindən atlan "İskəndər" raketlərinin 90 faizi partlamamışdır. Doğrudur, dövlətin rəhbəri arsenalda olan bütün "İskəndər" və digər markalı raketlərin hamısından demək olar ki, Azərbaycana qarşı istifadə etdiyini rəsmən bəyan edir. Amma Paşinyan hərbçi olmadığından unudur ki, əgər o 15 m hündürlüyü olan "iskəndər" partlamayıbsa,bəs hara düşüb ki, Azərbaycan əsgəri onun bir dənəsinə belə torpaqlarımızda rast gəlməyib? Deməli bütün raketlər havadaca zərəsizləşdirilib. Yaxşı ki, bu barədə Azərbaycan tərəfi açıqlama verməyib. Yoxsa, Rusianın dünya bazarına sırıdığı bu raketlərə ərəb ölkələri dəmir oyuncaq gözüilə baxardılar. Amma hesab edirik ki, elə qoy düşmənimiz öz rəsmi açıqlamasilə öz havadarını dünyada ifşa etsin. Bu bizə yetərlidir."
Əlavə olaraq onu da qeyd etmək yerinə düşərdi ki, müharibə zamanı istər Xızı rayonu ərazisinə atılan çoxsaylı raketlərin, istərsə də Z.Tağıyev qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən, istərsə Sənqəçal istiqamətində atılan və sonda Xırdalan şəhəri üzərində vurulan 3 raket barədə konkret bir söz deyilə bilər. Ermənistan MN-nin arsenalında olan və Ermənistan ərazisindən paytaxt Bakı istiqamətində atılan raketlərdən yalnız və yalnız "İsgəndər"lərin 500 km məsafəyə uçmaq şansı vardır. Qalan raketlərin isə uçuş məsafəsi 300 km olduğundan isbata ehtiyacı olmayan aksiomada olduğu kimi qəti qərara gələ bilirik ki, 44 günlük müharibə dövründə Bakı istiqamətində Ermənistandan atılan 400-ə qədər raketlərin hamısı "İSGƏNDƏR" olub.
İfadetv.com-un araşdırma qrupu