Rusiyanın paytaxtı Moskvadakı Qırmızı Meydanda rus faşizminin Hitler faşizmi üzərində Qələbənin 76 illiyinə həsr olunmuş hərbi parad başlayıb.
xəbər verildiyi kimi, paradda 12 mindən çox hərbçi, 200-ə yaxın hərbi texnika, eləcə də 76 helikopter və təyyarə iştirak edir.
Parada Rusiya Quru Qoşunlarının baş komandanı ordu generalı Oleq Salyukov rəhbərlik edir, paradı isə müdafiə naziri ordu generalı Sergey Şoyqu qəbul edir.
Paradda hərbçilərin keçidindən sonra müxtəlif növ tanklar, “Tayfun” ailəsindən olan zirehli maşınlar, PDM-lər, TOS-1A odsaçan sursatı, “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi, “Tornado-S” reaktiv yaylım atəş sistemi, “S-400” zenit-raket kompleksi, “MSTA-S” özüyeriyən haubitsaları, eləcə də “Yars” raketi kompleksu və digər silahlar nümayiş olunacaq.
Moskva səmasında isə “Su-30SM” və “MiQ-29” təyyarələri, “Mi-28N” helikopterləri, “İl-76” hərbi nəqliyyat təyyarələri, “Su-35S” qırıcıları, “Su-34”, “Su-24M” bombardmançıları, “Mi-26”, “Mi-8”, “Ka-52” helikopterləri və s. uçuşu olacaq.
P.S. xatırladaq ki, Azərbaycan da öz növbəsində Bakıda törədilən 20 YANVAR qırğını, 26 Fevral "Xocalı soyqrımında rus faşizminin iştirakından əziyyət çəkmişdir.
