Bu gün BDU-nun sabiq rektoru, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl edilməyərək, Nazirlər Kabineti Yanında Operativ Qərərgahın qayda və qanunları kobud şəkildə pozularaq toy məclisi təşkil olunub.
Manşet.azı toyun keçirildiyi restorandan görüntülər qeydə alıb. Restoranda 11 iyun 2021-ci il tarixində bir gündə iki toy məclisi təşkil edilib. Qonaqların verdiyi məlumata görə, bəylərdən birinin adı Orxan, digərinin adı Həsən olub. Hər iki toy mərasimi restoranın həyətində keçirilib.
Qeyd edək ki, ötən gün İsmixan Mirzəyev və daha bir neçə şəxs Abel Məhərrəmova məxsus Mona-Liza restoranında bar, mebel və digər işlərin görülməsi müqabilində onların pullarının ödənməməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə prosesi qalmaqalla yadda qalmışdı.
***
Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə bildirib: “Araşdırma aparıldı. Nərimanov rayon polis idarəsinin əməkdaşları müəyyən edib ki, dünən axşam saat 19:00-dan 22:30-a kimi Mona Liza restoranında məhdud sayda toy mərasimi keçirilib. Adıçəkilən restoranın sahibi Şəmsi Şıxıyev və həmin sarayın inzibatçısı Balazadə Musa inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib olub. Restoranın sahibi 4000 manat cərimələnib. Toyun təşkilatçıları və 20 nəfər barədə də qanunvericiliklə tədbir görülüb”.
