Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov özünə bahalı avtomobil alıb.
Bu barədə "Ecofront" məlumat yayıb.
Məlumatda deyilir ki, Namik Xıdırov bir neçə aydır qiyməti 153 min manat (90 min dollar) dəyərində olan təzə aldığı Toyota Land Cruiser avtomobilində gəzir.
"Uzunmüddət və son zamanlar dövlət idarəetməsində işləyən bu orta ölçülü məmur məmur maaşı ilə bu maşını necə ala bilər? Bu maşının hər detalında bir ağacın haqqı var. Və AA dövlət nömrə nişanı bu şəxsi maşının üstündə nə gəzir? Və ya bu maşın büdcə çatışmazlığından qan ağlayan əksər işçiləri minimal əmək haqqı alan zavallı ETSN in büdcəsi ilə alınıb, şəxsi maşın kimi istifadə edilir.
Xatırladım ki, bundan başqa Namik Xıdırov üçün ayrılmış Hundai Sonata markalı xidməti maşın da var. Amma O bu maşını bəyənmie və tez tez işə öz şəxsi maşını ilə gəlməkdən çəkinmir. 300-400 manat maaş alan işçilərin rəisi olaraq bunu etmək bir ayrı soyuqqanlılıqdır", - deyə məlumatda qeyd olunur.
Ötən saylarımızda qeyd etmişdik ki, təkcə Qəbələ rayonun Həmzəli meşəsindən qiymətli ağacların 220 yük avtomobili üzrə daşınaraq kəsilib satılması nəticəsində ETSN-ninregional İdarəsi 140000 manat qanunsuz gəlir əldə etmişdir. Doğrudur, bu məslə yerli prokurorluqda şikayətçi tərəfindən qaldırılsa da, nədənsə bu cinayətə hüquqi qiymət verilməmişdir. Bu da "xoruzun quyruğu" olan və qanunsuz gəirlə əldə edilmiş idarə rəisinin yeni avtomobili:
Namik Xıdırovun Meşələrin İnkişafı Xidmətinin binasının qarşısında çəkilmiş yeni avtomobilinin fotosunu təqdim edirik.