Xatırladaq ki, İfadetv.com olaraq son iki ildə Azərbaycan hər bir regionundan meşə fondunun məhv edilməsilə bağlı daxil olan şikayətlərin araşdırlması və tədbirlər görülməsi sahəsində intensiv olaraq faktlar üzrə araşdırmalarımızı davam etdirir və məsələnin ciddiliyini nəzərə alaraq ETSN rəhbərliyinin Azərbaycanın bütün regionıarında kütləvi ağac kəsimi və sıx meşələrin kürünərək məhv edilməsinin qarşısının alınmasında passivlik nümayış etdirməsinin və hətta baş verməkdə olan cinayət faktlarını ört basdır etmələrinin səbəb və motivlərini araşdımağı davam edirik:
Əvvəlcə məlumat üçün qeyd edək ki, 2019-cu ildən başlayaraq Prezidentin məlum Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbycanın bir sıra bölgələrindəki meşə torpaqlarını ayrı ayrı hüquqi və fiziki şəxslərə 49 illik icarəyə verib. Bəli, Prezident İlham Əliyevin 2017-ci il, 9 mart tarixli 2718 saylı Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından istifdə etməklə meşə fondu torpaqlarını icarəyə götürən şəxslər oradakı nahamar yerləri təmizləməklə aqrobağ kimi əsasən fındıq bağları salmalıdırlar. Lakin işritirak etdiyimiz monitorinqlər zamanı gördüklərimiz bizi sadəcə dəhşətə gətirdi. Bu barədə bir neçə araşdırma məqaləsi hazırlayaraq ictimaiyyətə və aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına məlumatlar vemişik. Lakin çox təssüflər olsun ki, ETSN-nin regional 6, 7, 10 saylı Ekologiya idarələri ETSN nümayəndələri və bizim iştirakımızla aşkarlanan və aktlaşdırılan faktların demək ola ki, heç birisi barəsində inzibati və ya cinayət işinin başlanması üçün yerli hüquq- mühafizə orqanlarına təqdimat verməmiş, kütləvi ağac kəsintisi olan meşə dolaylarını qorumaq vəzifəsi olan meşə gözətçilərindən heç biri cəzalanmamış, yalnız formal olaraq kəsilən hər 100 yaş ağacdan 15-20 ədədi üçün rəmzi xarakter daşıyan kiçik məbləğdə cərimə aktları tərtib edilmişdir. Vəssəlam.
Milli sərvət və qədim abidələrimizə qarşı hər bir region ərazisində törədilən və törədilməkdə davam edən vandalizm aktlarına qarşı yerli hüquq-mühafizə orqanlarının loyal münasibətlər göstərməsi və passiv tamaşaçı kimi seyrçi mövqedə durması heç xoşagələn hal deyil. Bir sözlə, regionlarda açıq-aşkar baş verən meşə cinayətlərilə bağlı yerli hüquq-mühafizə orqanlarının sərgilədiyi passivlik başa düşülən deyil.
Bi daha xatırladaq ki, Oğuz rayonun Calud Bələdiyyəsi ərzindəki 70 ha meşə fondu torpaqlarının ETSN-lə 2019-ci il 29 noyabr tarixində aqrobağ salınması adı altında bağladıqları 7 nömrəli icarə müqaviləsinin şərtlərinə zidd olaraq 150-200 illik iri və orta gövdəli qiymətli meşə cinsli sıx ağaclardan, 36 ha isə fındıq və qoz bağından ibarət meşə fondunun hamısı kürünərək məhv edilmiş, 10 ha sahədə vələmir, 15 ha sahədə isə taxıl əkilmişdir.( Bələdiyyə fonduna aid 20 ha əvəzinə 25 ha, yəni 5 ha meşə fondu qanunsuz olaraq məhv edilmişdir) Sahənin ortasında yaşı 200-dən çox olan 7 ədəd qovaq ağacları qalmışdır. Əkilmiş sahənin ortasında qazılmış iri çalaya isə irigövdəli ağacların kökləri basdırılmış, üzəri torpaqla örtülmüşdür. Məlumata görə digər 30 ha əraziyə də ETSN və yerli Ekologiya və Meşə Təsərrüfatı İdarələrinin müdirləri və əməkdaşlarının monitorinqindən sonra dərhal taxıl səpilmişdir. Yerli sakinlərin verdikləri məlumata görə həmin qədim 70 ha iri ağaclı sıx meşə fondu torpaqları da 2 il əvvəl Maliyyə naziri Samir Şərifovun qohumu hesab edilən Nihad Zahid oğlu Şərifli adlı fiziki şəxslə ETSN arasında uzunmüddətli icarə müqaviləsi bağlamışdır. Məlumata əsasən müqavilədə adı qeyd edilən fiziki şəxs Nihad Maliyyə nazirinin qohumu olan və hazırda İqtisadiyyat Nazirliyinin Vergilər Xidmətində yüksək vəzifə tutan Zahid Şəriflinin oğludur. Və monitorinqin nəticələrindən də görünür ki, Bayan kəndi yaxınlığında yerləşən yerli sakinlərin haqlı narazılığına səbəb olmuş fındıq və qoz bağının, fələs , palıd, göyrüş armud, kimi qiymətli meşə cinsindən olan irigövdəli ağacların tamamilə kürünərək məhv edilməsi nəticəsində yerli sakinlərin burada yetişən meyvələrin yığıb satışından əldə etdikləri gəlirlərdən də məhrum edilmişlər.
Nəticədə meşə fonduna milyoblarla manat dəyərində ziyan dəymişdir.
Calud kəndi yaxınlığında maliyyə naziri Samir Şərifovun coreşən qohumıarının dağıtdığı qədim Alban məbədi
Nəticədə qazanan isə “kirli pullar sahibi” olan bir məmurun qazancının artaması ilə yekunlaşmışdır. Maraqlısı bu olmuşdur ki, monitorinqdə iştirak edən ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmməd oğlu, 7 saylı Ekologiya idarəsinin rəisi Akif Yaqub oğlu və baş inspektorunun, Meşələrin İnkişafı Depertamentinin iştirakıilə keçirilən bu tədbirdən dərhal sonra, qalan 50 ha meşə ərazisi də qanunsuz olaraq kürünərək yerinə taxıl səpilmişdir. Sanki hörmətli maliyyə nazirinin qohumu bu qanunsuz hərəkətilə bizlərə demək istəyirmiş ki, “Gedin işinizlə məşğul olun!”. Doğrudan da monitorinq zamanı yerli sakinlərin hiddətinə səbəb olan, aqrobağ yerinə meşə fondunda qanunsuz taxıl əkinilə məşğul olan bu fiziki şəxs olan dövlət məmuru barəsində son 3 ayda nə ETSN rəhbərliyi, nə də yerli regional idarə rəhbərliyi qanuni tədbir görməyə hələlik cürət etməmişdir. Eləcə də ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmməd oğlunun əslən Laçın rayonundan olan yaxın qohumunun adına Daşağıl meşə fondunun 21 ha-nı yenə də aqrobağ salmaq adı altında fiziki şəxs olaraq uzunmüddətli icarəyə verilməsindən sonra sıx yeniyetmə meşə ağacları traktorla kürünərək məhv edilmiş və hazırda yerində dirrik və tərəvəz məhsulları, qalan 6 ha isə dənli bitkilər əkilmişdir. Burada təbii sual yaranır: Əgər ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini yaxın qohumunun adı altında sıx meşələrimizi vəhşicəsinə kürüyərək məhv eridirisə və qanunsuz gəlir əldə etmək üçün burada tərəvəz və dirrik məhsulları əkib satırsa kimdir günahkar? Ona görə də Azərbaycan xalqının meşə fondlarını yer üzündən silərək münbit torpaqlarını zəbt etməklə qanunsuz istifadə edən cinayətkar ünsürlər barəsində heç bir qanuni tədbirlər görülmür. Çünki, bu cinayətkar dəstələrin arxasında duranlar elə ETSN –nin yuxarıda oturan məsul şəxsləridir. Belə olmasaydı Calud meşə fondundan 70 ha, Daşağıl meşə fonduna məxsus 21 ha ərazidə olan 100 minlərlə yeniyetmə və orta diametrli qiymətli meşə cinsli ağacların məhv edilməsinə görə heç bir cərimə akktı yazılmadığı halda, Ağsu rayonun Dilman kəndi yanılığındakı Bələdiyyə meşə fondunda kəsilən 145 ağaca görə ETSN 7 saylı ərazi idarə tərəfindən 2021-ci ilin may ayında 60 min manat cərimə yazılmışdır. Amma eyni icra nümayəndəliyinin tərkibində olan Kalva Bələdiyyəsinin 110 ha meşə fondu tamailə ksilərək məhv edilməsinə baxmayaraq qanunlar buraya şamil edilmir. Yəni, ETSN-nin yerli rəhbərləri kəsilən ağaclara görə vaxtı vaxtında haqq verməyən meşə gözətçilərinə qarşı daha amansız davranaraq yüksək məbləğdə cərimələr tətbiq edirlər ki, “atmaq variantı” nı başlarından çıxarsınlar. Apardığığmız müşahidələrə və yerli əhali arasında keçirdiyimiz sorğulara əsasən hesab edirik ki, əgər yaxın zamanlarda Azərbaycanın meşə fondlarına qarşı işbazların total hücunları dayandırılmaa və qanunmüvafiq tədbirlər görülməsə yerli sakinlər qanunların kağız üzərində qaldığına əmin olduqdan sonra özləri “meşə quldurları”nın qarşısının alınması üçün hərəkətə keçəcəklər. Nə qədər ki. gec deyil, ETSN-də islahatlara başlamaqla BU dövlət orqanını SOCAR dan gətirilərək doldurulmuş bisavad kadrlardan və xüsusi şöbəyə rəis təyin edilmiş Moskvdan göndərilmiş FTX polkovnikindən təmizləmək lazımdır. Əks halda, Azərbaycanın heç bir bölgəsində 2-3 ilə meşə fondu qalmayacaqdır.
Yadelli ünsürlərin regionlarda törətdikləri özbaşnalıqların ən dəhşətlisi isə ermənilərdən betər Azərbaycanın tarixi abidələrini qəsdən dağıtmaqla vurduqları ən ağır yara hesab edilə bilər: Belə ki, yerli sakinlərin verdiyi məlumatdan aydın olur ki, Oğuz rayonun Calud kəndi yaxınlığınd məhv edilmiş 70 ha meşə fondunun cənub hissəsində böyük xan çinar ağacının yaxınlığında yerləşən tarixini bu günə kimi dəqiqləşdirilməsi mümkün olmayan dövlət tərəfindən xüsusi qorunan Alban kilsəsinin meşəni kürüyən ağır tonajlı traktorların köməyilə bu qədim tarixi abidənin kənarları qazılaraq dağıdılmış, bir neçə dərinliyi 2 metr olan çalalar qazılaraq qızıl-ziynət əşyaları axtarılmış, sonra quyuların üstləri örtülərək izlərini itirmək istəmişlər. Eyni zamanda, abidənin uzunluğu 2.5 metr, eni 1.5 metr olan tarixi yazı olan daş kitabəsi traktorla sürünərək abidədən kənara atılmışdır.Bir sözlə, ETSN-ilə 70 ha meşə fondunun məhv edilməsi üçün 49 illik icarə müqaviləsi bağlayan maliyyə naziri Samir Şərifova yaın olan vandallar tərəfindən Azərbaycanın ən qədim tarixi abidələrindən olan Calud Alban məbədi demək olar ki, qəsdən məhv edilmişdir.
Bir daha xatırladaq ki, sözügüdən və bir neçə ay əvvəl vandalcasına dağıdılmış Oğuz rayonunun Calud kəndi ərazisində qədim tuf daşından tikilmiş memarlıq abidəsinin bərpasına böyük ehtiyac olmasına baxmyaraq yerli erməni icarədarlar tərəfindən bərpası mümkün olmayan dərəcədə dağıdılmışdır.
Abidə dövlət tərəfindən mühafizə edilməsinə və qeydiyyatda olan abidələr siyahısına salına bxmayaraq abidə tam məhv olmaq təhlükəsilə üzləşmişdir.
Hesab edirik ki, insanlıq və tarix əleyhinə qarşı törədilmiş bu vandallıq cinayətinin bütün məsuliyyəti ETSN rəhbərliyinin üzərinə düşür. Və hesab edirik ki, cənab Prezidentin göstərişi əsasında yaranacaq dövlət komissiyası bu vandalizm aktının baş vemə səbəblərini yerində araşdıracaq və hüquqiqi qiymətin verilməsi üçün lazımi göstərişlər verəcəkdir. İnanırıq ki, yaşadığımız hüquqi dövlətdə istər meşə fondlarının qanunsuz olaraq işbazlar tərəfindən kürünürək tamamilə məhv edilməsinin və istərsə də qədim tarixi abidələrimizə qarşı törədilən erməni vəhşiliyinə bərabər olan cinayət hadisələrini törədənlər və onlara qanunsuz şərait yaradanların hamısı tezliklə cəzalarını alacaqlar.
P.S. Xatırladaq ki, İFADETV-nin Oğuz rayonun Calud kəndi yaxınlığındkı Alban abidəsinin dağıdılmasıilə bağlı 12 iyun tarixində araşdırma yazımızda qeyd edilən vandalizm aktına hüquqi qiymət veriməsi üçün respublikanın bütün direktiv orqanlarına göndərilsə də, bizə məlum olmayan səbəblərdən cinayət faktı ört basdır edilmişdir. Yəni nəticəyə gəlirik ki, yerli və respublika hüquq –mühafizə orqanlarının dövlət tərəfindən qorunan qədim tarixi abidəmizin vandalcasına dağıdılması cinayətini araşdırmaq istəməmələri ilə biz Oğuz türklərini sadəcə məyus edirlər. Ona görə də cənab prezident İlham Əliyevin ən inandığı məmur hesab etdiyi Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevdən İFADETV olaraq xahişimiz budur ki, ETSN rəhbərliyinin hər vəclə ört- basdır etməyə çalışdığı vandalizm aktının yerində araşdırılaraq hüquqi qiymət verilməsi və nəticəsi barədə dövlət başçısına məruzə etsin.
P.S.S. Onu da qeyd etmək istəyirik ki, ETSN-nin Qəbələ Regional Meşə Təsəsrrüfatı və Ekologiya İdarəsi rəhbərliyi tərəfindən Calud kəndi yaxınlığındakı Alban abidəsinin dağıdılması faktını ictimailəşdirdiyimizə görə əməkdaşlarımıza qarşı pul təklif etməklə qanuni cəzalndırmaq planı işlənib hazırlanmış, lakin Baş Prokurorluq səviyyəsində aparılan danışıqlar baş tutmamış( razılıq verilməmiş) və ETSN dəstəsi Qəbələyə məyus halda geri qayıtmışlar. Ona görə də bir daha ETSN rəhbəri cənab Muxtar Babayevə atalardan miras qalan kəlamı xatırlatmaq istəyirik ki, "Pulu kişi kimi qazanarlar!". Eyni zamanda ifadə etmə azadlığından istifadə etməklə demək istəyirik ki, Azərbaycanda vəzifə səlahiyyətlərindən süi-istifadə etməklə talançılığa, oğruluğa yol verən və nəticədə arvad uşağına çörək aparan istənilən dövlət məmurunu ən yaramaz, ən şərəfsiz, əxlaqsız heyvan və iqtisadi fahişə hesab edirik."
Bizi izləyin
İFADETV-nin araşdırma qrupu.