MEŞƏLƏRİMİZİN XİLASI NAZİRLƏRİMİZİN BİR BİRİNƏ MÜNASİBƏTLƏRİNDƏN ASILIDIR
İfadetv.com –un əməkdaşları son vaxtlar meşə fondu torpaqlarında baş verən və verməkdə davam edən qanunsuz hərəkətlər barədə redaksiyaya daxil olan çoxsaylı şikayətlər əsasında 1 həftəlik Şəki-Oğuz-Qəbələ zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinın əməkdaşları ilə birlikdə monitorinq araşdırmaları aparmışlar. Araşdırmaların nəticələri silsilə yazılarla oxuculara təqdim ediləcəkdir:
2019-cu ildən başlayaraq Prezidentin məlum Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbycanın bir sıra bölgələrindəki meşə torpaqlarını ayrı ayrı hüquqi və fiziki şəxslərə 49 illik icarəyə verib. Bəli,
Prezident İlham Əliyevin 2017-ci il, 9 mart tarixli 2718 saylı Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından istifdə etməklə meşə fondu torpaqlarını icarəyə götürən şəxslər oradakı nahamar yerləri təmizləməklə aqrobağ kimi əsasən fındıq bağları salılar. Belə bağ sahələri salan şirkətlərdən biri də“Monte Ferro” MMC-dir. Şəki Regional Meşə Təsəsrrüfatı Mərkəzindən bizə təqdim edilmiş sənədlərdən görününr ki, şirkət 24 yanvar 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziriliyinin Meşələrin İnkişafı Departamenti ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” rəsmi müqavilə bağlayıb. Müqavilədə göstərilib ki, “Monte Ferro” MMC-yə Şəki Regional MeşəTəsərrüfatı Mərkəzinin xidmət hüdudlarına daxil olan 2000 (iki min ) hektar meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarında sahə ayrılsın. Müqavilənin şərtlərinə görə, icarəçi “Monte Ferro” MMC meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini ( əsasən fındıq ağaclarını) əkməyi və onlara xidmət etməyi öhdəsinə götürüb. Eyni zamanda, meşə fondu ərazisində və onun ətrafındakı sahədə torpağın şoranlaşmasına, münbitliyin korlanmasına imkan verməməlidir. Eləcə də “Aqro ko” MMC-dir ki, verilən rəsmi məlumatlardan aydın olur ki, onların da Şəki rayonu üzrə Cunud meşəbəyliyi üzrə 1360 ha sahədə fındıq tingləri üçün müqavilə bağlasalar da, xüsusi aparatla ölçmələr zamanı məlum olmuşdur ki, təxminən 25 ha sahədə müqavilədən kənar işlər aparmışlar. Burada intensiv bağsalma işlərinin görüldüyünün də şahidi olduq. Hər bir fındıq tinginin damcı üsulu ilə suvarılması sistemi istifadəyə verilmişdir.Bu çox təqdirəlayiq haldır. Yerli əhalinin işçi qüvvəsindən burada geniş istifadə olunur. Oğuz rayonun Daşağıl meşəbəyliyində isə 670 ha meşə fondunda icarəyə yer götürsələr də, bu yerin yalnız 100 ha –da təmizləmə işləri aparılmışdır. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindən bizə təqdim edilən digər sənədə əsasən məlum olmuşdur ki, 2019-cu ilin oktyabrında bu şirkətlə 19 oktyabr 2019-cu il tarixində bağlanan icarə müqaviləsinə uyğun olaraq Xaçmaz meşəbəyliyi ərazisində 1670 ha meşə fondunun icarəyə verildiyi sənədlər üzrə təsdiqini tapsa da, həmin ərazidə işlər yarımçıq dayandırılmışdır. İşlərin dayandırlması səbəbini araşdırdığımız zaman məlum olmuşdur ki, icarəyə verilməsi nəzərdə tutulan həmin ərazidə 2019-cu ilin avqustun 19-da naməlum şəxslər tərəfindən meşə ərazisində qəsdən yanğın hadisəsi törədilmişdir. Eyni ssenari Şəki rayonun Cunud meşəbəyliyi ərazisində də baş vermiş və yanğının söndürülməsi üçün formal olaraq cəmi 1 ədəd yanğınöndürmə avtomobili cəlb edilmişdir. Hər iki zonada baş vermiş meşə yanğınları yerli sakinlərin köməkliyi sayəsində 7 gün ərzində ram edilmişdir.
Xaçmaz meşəbəyliyində icarəyə götürülmüş 1670 ha ərazinin 2020-ci ilin avqustunda 8 ədəd sepli traktorlar vasitəsilə kürümə işləri davam edən zaman 1000 nəfərə yaxın yerli sakinlər etiraz aksiyası keçirmişlər. Sakinlərin qeyd etdiyinə görə hadisə yerinə cəlb edilmiş DİN-nin çevik polis alayı traktorçularla sakinlər arasında baş verə biləcək daha ağır insidentin qarşısının alınması üçün kompromis variant təklif edilmiş və meşələrin kürünməsi işi dayandırlmışdır. Xatırladaq ki, Oğuz rayonun Xaçmaz meşəbəyliyi ərazisində meşə fondunun daha sıx ağacların olması və kürünməsi hadisəsi yerli sakinləri qəzəbləndirmişdir. Doğrudur, posneft dövründən sonra Prezident İlham Əliyevin yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Dövlət başçısının 2014-cü ildə imzaladığı müvafiq fərmanla aqroparkların yaradılması da məhz bu problemlərin aradan qaldırılmasına yönəlib.
Lakin çox təəssüflər olsun ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə zidd olaraq ETSN rəhbərliyi, başda nazir müavini cənab F.Əliyev və Meşələrin inkişafı Xidməti rəisi əvvəllər SOCAR işçisi olmuş, lakin bir o qədər də meşəçilik təcrübəsinə malik olmayan Namiq Xıdırov icarəyə verilən meşə fondu torpaqlarından tam qanunsuz formada təyinatdan kənar istifdə edənlərə qarşı heç bir qanuni tədbir görməmiş, əksinə şərait yaratmışlar. Belə ki, Oğuz rayonun Daşağıl meşəbəyliyi ərazində ərazinin meşə sahə rəisi olan Elmdarın ( əslən laçın rayonundan olan) Bakıda yaşayan imkanlı qohumunun adına fiziki şəxs kimi 21 ha meşə fondunın sıx ağaclıq yeri 15 il müddətinə icarə verilmişdir. Yerə 23 mart və 25 mart tarixlərində baxış keçirdiyimiz zaman urada heç bir aqeobağın salınmadığı, əksinə 6 ha sahədə taxıl əkildiyi məlum olmuşdur. 2 gün sonra isə ETSN əməkdaşlarının gələcəyindən xəbər tutan meşə sahə rəisi gecə iməcilik edərək ərazinin 2 ha yerinə 5 x 8 olmaqla GMO tipli qoz tingləri əkmişlər. Qalan ərazilər isə dirrik məhsulları əkilməsi üçün hazırlıq işləri görülmüşdür. Yəni fiziki şəxs icarə müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bundan daha acınacaqlı vəziyyətlə isə ərzinin yaxınlığındakı meşə sahəsinin 1 ha ərazisində yenicə kəsilmiş orta və kiçik diametrli 650 ədəd palıd, dəmirqaya, vələs ağaclarının kəsilib bir hissəsinin aparıldığını. Bir hissəsinin isə meşədə qaldığını aşkar etdik. Bundan daha faciəli halla isə Oğuz rayonun Calud Bələdiyyəsi ərzindəki 70 ha meşə fondu torpaqlarının ETSN-lə 2019-ci il 29 noyabr tarixində aqrobağ salınması adı altında bağladıqları 7 nömrəli icarə müqaviləsinin şərtlərinə zidd olaraq 150-200 illik iri və orta gövdəli qiymətli meşə cinsli sıx ağaclardan, 36 ha isə fındıq və qoz bağından ibarət meşə fondunun hamısı kürünərək məhv edilmiş, 10 ha sahədə vələmir, 15 ha sahədə isə taxıl əkilmişdir.( Bələdiyyə fonduna aid 20 ha əvəzinə 25 ha, yəni 5 ha meşə fondu qanunsuz olaraq məhv edilmişdir) Sahənin ortasında yaşı 200-dən çox olan 7 ədəd qovaq ağacları qalmışdır. Əkilmiş sahənin ortasında qazılmış iri çalaya isə irigövdəli ağacların kökləri basdırılmış, üzəri torpaqla örtülmüşdür. Məlumata görə digər 30 ha əraziyə də ETSN əməkdaşlarının monitorinqindən sonra dərhal taxıl səpilmişdir. Yerli sakinlərin verdikləri məlumata görə həmin qədim 70 ha iri ağaclı sıx meşə fondu torpaqları da 2 il əvvəl Maliyyə naziri Samir Şərifovun qohumu hesab edilən Nihad Zahid oğlu Şərifli adlı fiziki şəxslə ETSN arasında uzunmüddətli icarə müqaviləsi bağlamışdır. Və monitorinqin nəticələrindən də görünür ki, Bayan kəndi yaxınlığında yerləşən yerli sakinlərin haqlı narazılığına səbəb olmuş fındıq və qoz bağının tamamilə kürünərək məhv edilməsi nəticəsində yerli sakinlərin burada yetişən meyvələrin yığıb satışından əldə etdikləri gəlirlərdən də məhrum edilmişlər.
Oguz. Bayan meşəsi əvvəl və sonra.
Nəticədə qazanan isə Naxçıvandan Oğuza təşrif buyurmuş bir iş adamının qazancının artaması ilə yekunlaşmışdır. Maraqlısı bu olmuşdur ki, monitorinqdə iştirak edən ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini və baş inspektorunun, Meşələrin İnkişafı Depertamentinin inspektorunun və yerli Qəbələ Regional Ekologiya və Meşə Təsərrüfatı rəhbərlərinin iştirakıilə keçirilən bu tədbirdən dərhal sonra, qalan meşə ərazisi də qanunsuz olaraq kürünərək yerinə taxıl səpilmişdir. Sanki hörmətli maliyyə nazirinin qohumu bu qanunsuz hərəkətilə bizlərə demək istəyirmiş ki, “Gedin işinizlə məşğul olun!”. Doğrudan da monitorinq zamanı yerli sakinlərin hiddətinə səbəb olan, aqrobağ yerinə meşə fondunda qanunsuz taxıl əkinilə məşğul olan bu fiziki şəxs barəsində son bir ayda nə ETSN rəhbərliyi, nə də yerli regional idarə rəhbərliyi qanuni tədbir görməyə hələlik cürət etməmişdir.
Bəs qanunvericilik nə deyir?
Prezident İlham Əliyevin 2017-ci il, 9 mart tarixli 2718 saylı Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından istifdə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişiklik adilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilə artıtrılsın. Bu sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir. Bu Sərəncama əsasən hazırda meşələrin inventarizasiya işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələri müəyyənləşdirməkdir.
Qanun o da deyilir ki… Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiqlənən “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydaları əsasən meşə bitkiləri ilə (ağac, kol, yarım kol) örtülü olmayan ərazilər, ancaq meşə bərpası məqsədi ilə icarəyə verilə bilər və proses yerli icmanın maraqları nəzərə alınmaqla, imtiyazlı şəxslərə üstünlük verməklə ancaq aşkarlıq şəraitində baş tutmalıdır.
Meşə Məcəlləsində meşələrin məhv edilməsinə görə nəzərdə tutulmuş cərimələrə nəzər yetirdikdə isə görürük ki, tək göstərdiyimiz bir misal üzrə qeyd edə bilərik ki, dövlət başçısının 2017-ci il, 9 mart tarixli 2718 saylı Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından istifdə etmək şərtilə icarə müqaviləsini pozan fiziki şəxs Şərifli Nihad Zahid oğlu məhv etdiyi 70 ha iri və orta gövdəli qiymətli meşə cinsli sıx ağacları olan meşə fondunun təkcə kürünməsinə görə hər kv.m -ə 137 manat cərimə tətbiq edilməsi nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, 1 ha sahə 10000 kv m. ərazi deməkdir. O zaman 70 ha meşə fondunun 700000 kv.m sahə deməkdir ki, bu rəqəmi 137 manata vursaq, o zaman cərimənin məbləği 95.900.000 AZN etmiş olar. Yəni, bu qanunpozuntusu həm də o deməkdir ki, əgər hər kv.m sahədə 2 ağacın məhv edilməsini nəzərə alsaq bu ümumilikdə 1 milyon 400000 ağacın məhv edilməsi anlamına gəlir. Müqayisə üçün qeyd edək ki, ETSN rəhbərliyi 2021-ci il üçün start verdiyi “Yaşıl marafon” kampaniyasında 1 milyon ağac əkməyi qarşıya məqsəd qoymuşdur. Bizim fikrimizcə belə kampaniyaar üçün əməkdaşları dağa daşa salmaqdansa olan meşə fondunu vəzifə borcları olaraq qorumağa çalışsalar daha yaxşı olmazmı? Bəs görəsən qanunvericiliyin tələbini nazirliyin səlahiyyətliləri həyata keçirməyə cəhd edəcəklərmi? Əsla. Qeyd etdiyimiz məsələ ETSN Aparatında rəhbərliklə geniş müzakirə etmiş, foto və video materialları aprelin 09 –da təqdim etsək də indiyədək görülən tədbirlərlə bağlı heç bir rəsmi cavab almamışıq. Heç inanmırıq da ki, ETSN rəhbərliyi, başda nazir cənab Muxtar Babayev və onun meşələr üzrə 17 illik staja malik nazir müavini cənab Firdövsi Əliyev formal da olsa cavab vermək cəhdinə bulunsunlar. Biz isə dövlət və xalq qarşısında öz peşə borcumuzu yerinə yetirərək tarix yazırıq. Lakin yazdıqlarımıza görə təəssüf edirik ki, milli sərvətimiz olan meşələrimizin total məhv edilməsi barədə yazdıqlarımız Azərbaycanın ekologiya tarixində qara ləkə olaraq qalacaqdır.
Növbəti saylarımızda: Oğuz rayonun Muxas və Xaçmaz meşələrində kəsilən kütləvi kəsintilərə görə tətbiq edilən cərimələrdəki astronomik fərqlərin sirri,
İlqar Qəribovun sifarişilə həbs edilən İsmayıllı rayonun sabiq prokuroru Ülvi Abbasov bəraət aldı - Revanş olacaqmı?
Şahdağ Milli Parkının Qəbələ filialındakı meşələrin kəsintisi üçün gətirilən traktoru yerli sakinlər niyə qovdu?
Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindəki maliyyə maxenasiyalarıilə bağlı Prokurorluq cinayət işi açacaqmı-açmayacaqmı?
Qobustanda satılan dağların hər biri 3 milyon manat gəlir gətirib.
Oğuzun 13 ha meşə fonduna məxsus qoz bağının kürünərək yeinə vələmir əkəndə nə baş verir?
Qəbələ meşələrindəki qiymətli ağacları kökündən çıxaran və 5300 dollara alınan qurğudan Alim Əlizadənin xəbəri varmı?
Firdövsi Əliyev deputat dostu Azər Kərimliyə Qax meşələrindəki palıd və qoz ağaclarının İtaliyaya satılması üçün “yaşıl işığı” nə vaxtdan yandırıb?
Balakən meşələrində fısdıq qalmadı- “Şərur parket “ hamısının axırına çıxdı,
Həbsdə olan İlqar Qəribovun cinayət işlərinin yüngülləşməsi üçün Fidövsi Əliyev məhkəməyə hansı lazımi sənədlərin göndərilməsinə köməklik edir?
İfadetv.com-un araşdırma qrupu