Müdafiə Nazirliyinin Quru Qoşunların "N" saylı hərbi hissəsinin MAXE-si olmuş, Qax rayon Tanqıt kənd sakini və 2-ci Qarabağ Müharibəsi zamanı ağır yaralandığına görə 11 ay hospitallarda süründürməçiliyə və həkim bürokratiyasına məruz qalmış Əsgərov İsrayel Abdulla oğlu tərəfindən Ali Baş Komandana, respublikanın direktiv orqanlarına və bir surəti də İFADETV.COM-a ünvanlanan şikayəti olduğu kimi oxuculara təqdim edirik:
"Hörmətli Ali Baş Komandan və Cənab Prezident, bildirirəm ki, mən həqiqi hərbi xidmətimibaşa vurduqdan sonra 2020-cü ilin iyun ayından Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində MAXE kimi hərbi xidmətə davam etdirdim. 2-ci Qarabağ Müharibəsinin başlanmasından sonra mən də könüllü olaraq müharibənin ilk günündən ən ağır döyüşlərdə iştirak etmişəm. Qızğın döyüşlərin birində çox ağır formada çoxsaylı qəlpəyaralarıilə yaralandım. Məni hüşsuz vəziyyətdə Naftalan Hərbi Hospitalına çatdırıblar. 2 gündən sonra özümə gəlmişəm. Bir müddət müalicələr aldıqdan sonra məni Kürdəmir Hospitalına göndərdilər. Burada da bir müddət müalicədən sonra başımda yaranan dəhşətli baş ağrılarına, qulaqlarımda və gözümdə yaranan problemlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalına göndərdilər. Bir müddət müalicədən sonra mənə məzuniyyət verib Qaxrayonundakı evimə müalicəni davam etdirməyə göndərdilər. Qax rayonunda VİTEK-də olarkən həkimlər bildirdilər ki, istər ciddi kəllə-beyin silkələnməsinə, istər qulağımın eşitməzliyinə, gözümün zəifləməsinə və ayağımdan aldığım çoxsaylı qəlpə yaralarına görə sənə əillik dərəcəsi təyin edilib Ordu sıralarından tərxis edilməlisən. Lakin qulluq etdiyim hərbi hissəyə qayıtdıqdan sonra başımda davam edən dəhşətli ağrılardan xidmətimi davam etdirə bilmirəm. Təcili olaraq mənə ilkin tibbiyardım göstərib hərbi hissə tibb məntəqəsinə yerləşdirirlər. Onlar da göndəriş yazıb məni MN-nin Mərkəzi Hospitalına göndərirlər. Artıq neçənci dəfədir ki, mən bu yollarda qalmışam. Və hər dəfə məni Hospitalın psixoterapiya şöbəsinə yerləşdirilər. Məni müalicə edən həkimlər də qeyd edirlər ki, axı səni buraya nəyə öndəriblər. Axı sənin psixikanda elə bir ciddi problem yoxdur. Səni nevroloji şöbəyə yazmalı və ciddi malicə almalısan. Budur artıq neçənci dəfədir ki, məni psixoterapiya şöbəsində frmal müalicə edirlər. Bu müalicələrin isə başımda hazırda da davam edən şiddətli baş ağrılarına heç bir təsiri olmur. Daha dözümüm qalmayıb. Futbol topuna döndəriblər. Artıq məni intihar həddinə çatdırıblar. Mən bu həkimləri başa sala bilmirəm ki, beynimdəki dəhşətli ağrılara qarşı dərman verib müalicə etsinlər. Baxan və sözümü eşidən yoxdur. Bir qulağımda eşitmə dərəcəsi tam zəifləyib. Buna baxmayaraq həkimlər o dərəcəniqəsdən yazmayırlar ki, birdən ordudan tərxis oluna və əlillik dərəcəsi ala bilərəm. Doğrusu nə mənim , nə də kənddəki atamın maddi imkanı yoxdur ki, bu ağ xalatlı qəssab və bürokratlara “hörmət” edib özümü normalnı müalicə etdirim. 11 aydır ki, məni hospital yollarında süründürülər. Şəhid olmamağıma və erməniyə qarşı vuruşmağa məni peşiman ediblər. Artıq bu yaramaz bürokrat ağ xalat geymiş sifətləri görəndə beynim daha dəhşətli və dözülməz ağrıyır. Həkimlərin pul vermədiyimə görə məni xidmətə bu halımla yaralı yazdıqlarına görə hərbi hisə komandirim də real vəziyyətimi görsə də əlacsız qalıb məni tərxis yox, sərəncama göndərir. Yəni, bundan sonra mən gedib öz hesabıma müalicəmi davam etdirməliyəm.
Cənab Ali Baş Komandan ! Sizdən çox xahiş edirəm ki, Mərkəzi Hospitalın rəisinə göstəriş verəsiniz ki, hazırda 7-ci gündür ki, formal psixatriya şöbəsində müalicə aldığım yerdən məni həqiqi xəstəliyim olan nevrologiya şöbəsində düzgün müalicəm və lazımi əməliyyat davam etdirilsin. Qulaq və gözümün müalicəsini və əməliyyatı vasitəsilə sağlamlığım qismən bərpa olunsun. Əvvəlcədən minnətdarlığımı bildiriəm".
Həkimlərin də mövqeyini işıqlandıra bilərik