Son vaxtlar Xəzər dənizi çimərliyindən qanunsuz qum daşınması halları çoxalıb. Adının çəkilməsini istəməyən mənbənin ifadetv.com saytına verdiyi məlumatda bildirilir ki, Sabunçu rayonun Nardaran qəsəbəsi istiqamətində, daha dəqiq desək, Amburan Beach Clubdan üzü Sibris istiqamətində dəniz kənarları boş olduğundan burada toplanan qum geə-gündüz müxtəlif yük avtomobilləri vasitəsilə fasiləsiz olaraq naməlum istiqamətdə daşınır. Niyə məhz bu istiqamətdə təbiətə zərər vurulur? Sualına mənbə cavab verir ki, hamının yaxşı bildiyi kimi, Buzovna qəsəbəsindən Amburana qədər dəniz kənarları müxtəlif obyektlər tikilib istifadə edilməkdədir.
Hələlik sahibsiz qalan hissə isə Nardaran qəsəbəsi istiqamətindədir. Ona görə bütün yük avtomobilləri bu boşluqdan istifadə edərək təbiətə hər gün külli-miqdarda ziyan vurmaqda davam edirlər. Və maraqlıdır ki, istər yol kənarlarındakı Daxili İşlər Nazirliyinin kameraları, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Depertamenti sanki bu qanunsuz hərəkətləri görmür və xəbərsizdirlər. Nəticədə böyük bir ərazi tanınmaz və eybəcər hala düşmüşdür.
Ümid edirk ki, sözügedən ərazilərdən intensive qum daşınması kimi qanunsuzluqların qarşısı tezliklə alınması istiqamətində ETSN, Əmlak Məslələri Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi birgə tədbirlər keçirəcəklər.
İfadetv.com