Nizami rayonu, Azər Manafov küçəsi, 4, mənzil 11-12-də yaşayan İş adamı, ( onkoloji xəstə) Cəfərov Zəfər Cəfər oğlu ( şəxs. Vəs.AZE 17605480) ifadetv.com saytı vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova oğlu, polis kapitanı Cəfərov Elvin Zəfər oğlunun əsassız olaraq sərəncama göndərilməsi barədə müraciət etmişdir.
Müraciətdə qeyd edilir:
Çoxhörməti nazir Vilayət Eyvazov!
Dövlətimizin başçısının son kadr dəyişiklikləri onun göstərir ki, Azərbaycan Qanunvericiliyi bütün sahələrdə düzgün tətbiq edilməlidir. Eləcə də ölkəmizin indiki mürəkkəb dövründə polis sistemində islahatların, yeniliklərin aparılması cənab Prezident tərəfindən məhz Sizə həvalə edilmişdir ki, Elə ona görə də biz sadə insanlar cənab Prezidentə inanır və onun yeni kadrlarından ümidlə yenilklər gözləyirik. Bizlərə sabitlik lazımdır. Və cənab İlham Əliyev şəxsən vurğulayır ki, “Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir.”
Hörmətli, nazir Vilayət Eyvazov! Siz dövlətimizin başçısı cənab İlham Əliyevin son tapşırıq və göstərişlərinə uyğun olaraq rəhbəri olduğunuz strukturlarda hazırda ciddi islahatlar təqdirəlayiq haldır və xalqımız tərəfindən yüksək dəyərləndirilir. Ona görə mən də bir Azərbaycan vətədaşı kimi Sizə ümidlə müraciət edirəm:
Xatırladım ki, yuxarı dövlət orqanlarına etdiyim16 aprel, 02 may, 21 iyun 209-cu il şikayətimə görə əvvəlki iş ortağım hesab edilən, Bakı Baş Gömrük İdarəsinin, hazırda isə Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsininin maliyyə şöbəsinin işçisi Məmmədov Ramin Azad oğlunun( tel.055-211 17 55) bir iş ortağı kimi mənə qarşı törətdiyi qanunazidd hərəkətlərinin dərhal qarşısının alınması və zorakılıqla ələ keçirmiş əmlaklarımın geri qaytarılmasınında köməklik göstərməyi xahiş etmi.dim. Sağ olsun hüquq mühafizə orqanlarını ki, hazırda məsləilə bağlı Nizami rayon Pİ-də istintaq işi başlanılmışdır. Amma məsələ bununla yekunlaşmır.
Son dəfə aramızda yaranmış mübahisələrdən sonra Ramin sərxoş vəziyyətdə ( həftənin 6 və bazar günləri) qatılaraq hər dəfə fermaya gəldiyi 99-555 dövlət nömrə nişanlı NİVA markalı avtomobilində həmişə gəzdirdiyi “VİNÇESTR” markalı odlu silahı üstümə tuşlayaraq bir neçə dəfə məndən guya borcu olduğum pullarını qaytarmağı tələb edirdi. Mən onun bu quldurluq hərəkətindən bərk qorxurdum. O mənə təzyiq göstərdi ki, bu saat notariusa gedib Suraxanı rayonu, Əmircan qəsəbəsindəki Avtoyuma məntəqəsini bizim adımıza keçirməlisən. Mən qorxudam əlacsız qalıb razılaşdım. Əvvəlcə sənədləşmə üçün məni ASAN xidmətə gətirdilər ki, bağışlama yoluilə obyektimi öz adlarına rəsmiləşdirsinlər. ASAN xidmət razılıq vermədi ki, hu qanunsuzluqdur. Biz edə bilmərik. Bağışlama yalnız yaxın qohumlar arasında mümkündür. Ondan sonra məni Nizami rayonu, “Xəzər” universitetinin yanındakı 15 saylı Dövlət Notariat Kontoruna gətirib ( Notariusun sədri Ramin Məmmədova yaxın olduğu üçün 2000 manat pul müqabilində obyektin altındakı torpaq sahəsinin çıxarışını qanunsuz olaraq bağışlama yoluilə əlimdən aldılar. Obyekt hazırda icarədə olduğuna və sənədi olmadığına görə onu tam ələ keçirə bilmədiklərindən gömrük maliyyəçisi Raminin dəstəsi mayın 1-də gəlib avtoyumaya basqın etmiş, qıfılı sındırmış və içəridə olan avtoyuma aparatını, kompressoru və digər əşyaları oğurlayıb aparmışlar. Ona görə də burda iş mayın 1-dən dayanmışdır.
Çox təəssüflər olsun ki, gömrük milyarderi indi də məndən sonra oğullarımı şərləməklə məşğuldur. Obyektin altındakı torpağın çıxarışını isə bu quldurlar mənə zorakılıq göstərərk bağışlama adı ilə qanunsuz zəbt ediblər. İndi də ən şərəfsiz varianta əl atmaqla dövlət məmuru işləyən oğlumu şərləyir və İşdən çıxarılmasını sıfariş verirlər. Və buna pul gücünə qismən də olsa nail olurlar. Budur, Ramin Azad oğlu Məmmədov ondan yuxarı orqanlara etdiyim şikayətlərin qisasını almaq üçün Daxili İşlər Nazirliyinin yuxarı instansiyasında işləyən vəzifəli qohumlarıilə gizli sövdələşərək Suraxanı RPİ-nin 31-i PB-nin sahə inspektoru işləyən, polis kapitanı oğlum Elvin Cəfərovu işdən qovulmasına nail ola bilmədiklərindən onun əsassız olaraq sərəncama göndərilməsinə nail olmuşlar. Yüksək peşəkarlığına, nümunəvi xidmətinə, ən ağır və mürəkkəb cinayətlərin açılmasında xüsusi rolu olmuş vicdanlı polis kapitanına çirkab atmaq hazırda onu yaxından tanıyan bütün şəxsi heyətə mənfi təsir göstərmişdir.
Cənab nazir Vilayət Eyvazov. Sizdən xahiş edirəm ki, polis kapitanı oğlum Elvin Cəfərovun Daxili İşlər Orqanlarındakı fəaliyyətinin vicdanlı şəxslər tərəfindən diqqətlə araşdırılaraq real qiymət verilməsini şəxsi nəzarətinizdə saxlayasınız. Və xahiş edirəm məni şəxsən qəbul edəsiniz. Əvvəlcədən təşəkkürlər.
Hörmətlə, onkoloji xəstə Zəfər Cəfərov