"Azərbaycanda "rus icması" var, ikinci "rus icması"nın yaradılması ölkəmizə qarşı erməni separatizmini qorumaqdan başqa bir şey deyil"
"Rusiya Qarabağda separatçıların rəhbərliyinə və burada təsis etdiyi qondarma rus icmasına ölkəsinin pasportunu verib. Baş separatçı Arayik Arutunyan, David Babayan, Vitali Balasanyan həm də Rusiya vətəndaşıdır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, məhz bu səbəbdən də Azərbaycan tərəfi qəti şəkildə Rusiyanın təsis etdiyi qondarma rus icmasının ləğvini tələb etməlidir: "Azərbaycanda "rus icması" var. İkinci "rus icması"nın yaradılması Azərbaycana qarşı erməni separatizmini qorumaqdan başqa bir şey deyil".
Milli Cəbhə Partiyasının sədr müavini onu da əlavə edib ki, hazırda Rusiya "sülhməramlı qüvvələri"nin Qarabağda fəaliyyəti əsasən bu istiqamətdə, yəni separatçıları qorumaq yönündə davam edir.
Vazeh BƏHRAMOĞLU,
