Bu il,aprelin 5-də Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov Bakı-Quba yolunun bərbad vəziyyətindən bəhs edib: “Bakı-Quba yolunun yenidən qurulması məsələsi ilə bağlı Baş nazirin müavini ilə görüşdüm”.
Onun sözlərinə görə, yolun təmiri ilə bağlı pul ayrılmasını xahiş edib:““Mən ayın 2-də Qubada idim. O yola getmək mümkün deyil. İnsanlar bu yoldan istifadə etmək istəmirlər. Mənə deyirlər alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavinlərinin, istərsə də nazirlərin hamısının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir-iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?
Ümumiyyətlə məsələ elədir ki, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil. Əgər dövlətin baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.
Xalq tərəfindən seçilməsi şübhə doğurmayan deputat V.Əhmədovun Quba yolunun qısa müddətdə bərbad vəziyyətə düşməsilə bağlı Mili Məclisdə qaldırdığı məslənin aktuallığını nəzərə alaraq kiçik araşdırma etdik. İlkin olaraq məlum oldu ki, Vahid müəllimin həmkarı xanım Jalə Mütəllimova dərhal sifariş əsasında böyük bir cavab məqaləsi yazaraq Vahid Əhmədovun bu məsləni Prezident səviyyəsinə qaldırmasının qarşısını almağa özünəməxsus arqumentlərə istinad edərək cəhd göstərib. Amma əbəs yerə. Gərək millət vəkili belə qlobal və həssas problemin müzakirəsi zamanı ən azı millətin yanında olmalı idi. Necə ki, Vahid müəllim olur.
BƏS problemlə bağlı RƏSMİLƏR NƏ DEYİR?
“Bakı-Quba yolunun çəkilişi zamanı müəyyən qüsurlara yol verilib. Görünən odur ki, vaxtilə yolun istismarı da düzgün həyata keçirilməyib”
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 1 il əvvəl, daha dəqiq desək 21 fevral 2021-ci ildə qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib. S.Məmmədovun sözlərinə görə, beton yolu sıradan çıxan kimi təmir etmək asan deyilmiş:
"Bunun üçün də 2018-ci ildən ölkə rəhbərinin tapşırığına uyğun olaraq şimal istiqamətinə yeni yol çəkilir. Yolun 150 kilometrliyi ödənişli olacaq. Yol 2022-ci ilin mayında istifadəyə veriləcək".
Xatırladaq ki, Bakı-Quba beton yolu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında çəkilib. 2008-ci ildə layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov yola 30 illik zəmanət versə də, onun dayanıqlılığı heç 3 il də çəkmədi...
Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb.
Xatırladaq ki, 30 il zəmanəti verilən Bakı-Quba yolunun cəmi bir neçə ilə tam sıradn çıxma səbəblərini sifarişçi və icraçı təşkilatların mətbuat xidmətləri səviyyəsində elə o vaxtlar “dueli” də olmuşdu. Belə ki, tərəflər AAYDA və “AKKORD” bir birilərini ittiham edirdilər. Biri yolun dağılmasında ağır tonajlı avtomobillərin hərəkəti ilə əsaslandırır, digəri –Beton yolun tikintisini həyata keçirən “Akkord” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə deyib ki, yol “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib və onun saxlanmasına bu təşkilatı cavabdehdir. Bir daha xatırlamaq yerinə düşərdi ki, Bakı-Quba-Rusiya avtomobil yolu ən bahalı tikinti layihələrindən biridir. Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib. Ekspertlərin fikrincə, yollarda yaranan problemlər işi görən podratçı şirkətin günahı ucbatından ola bilər. Dövlət vəsaitinin keyfiyyətsiz, düzgün olmayan şəkildə, texnoloji əsasları olmadan xərclənməsinə görə məsuliyyət daşıyan qurumlar olmalıdır və müvafiq cəzalarını almalıdırlar.
Bəli, göründüyü kimi, tərəflər bir birilərini Bakı-Quba yolunun dəfələrlə təmir olub yenidən dağılmasına görə hazırda da bir birilərini ittiham etsələr də müstəqil müşahidəçi olaraq hər iki tərəfi yetərincə günahlandırmaq olar.
Yol istifadəyə veriləndə o vaxt Nəqliyyat Nazirliyi bu yolun 30 il davamlı olacağı barədə məlumat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı.
Ancaq bir il çəkmədi ki, beton yolda çökmələr, çatlar əmələ gəlməyə başladı. İllərdir davam edən bu problemin, yəni dağılmış, kələ-kötür beton yolun düzəldilməsi sürücülərin ən böyük arzusudur.
Qafqazda ən baha qiymətə başa gələn, dünyanın ən bahalı yolları sırasında adı çəkilən Bakı-Quba-Rusiya yolu bu gün dünyanın ən sonuncu məhəllə yolunu xatırladır.
AZƏRTAC rəsmi İnformasiya Agentliyinin Bakı-Quba yolunda hazırda davam edən tikinti-bərpa işlərilə bağlı 1 ay verdiyi məlumatda qeyd edilir:
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi icra olunub.
Hazırda işlər digər hissələr üzrə sürətlə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında davam etdirilir. Agentliyin idarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
KİMDİR GÜNAHKAR?
Bəli, AZƏRTACın son məlumatından da göründüyü kimi dövlət büdcəsindən yenə də külli-mqdarda pul ayrılması hesabına vaxıilə törədilmiş irimiqyaslı korrupsiya halları nəticəsində dağılmış 152 km magistral yol yenidən tikilir. Bəs, “AKKORD” rəsmisinin qeyd etdiyi kimi, yəni Bakı-Quba yolunun saxlanması üçün hər il AAYDA ya ayrılan milyonlarla pullar necə xərcləndi ki, yol tam yarasız vəziyyətə düşdü?
Bu istiqamətdə apardığımız araşdırmalardan belə məlum olur ki, AAYDA aparatında təmsil olunan yol işləri üzrə ixtisası olamayan qeyri-peşəkar yaşlı komandadan bundan artıq nəsə gözləmək, sadəcə sadəlövlük olardı desək, yəqin ki, yanılmarıq. Atalar demişkən, “Çörəyi ver çörəkçiyə, birini də üstəlik” Amma yolların saxlanmaı üçün cavabdeh dövlət orqanı olan AAYDA-nın bu illər ərzində gördükləri kosmetik işlərdən savayı nəsə etməsini hələlik müşahidə edən olmayıb. Qaldı ki, vaxtilə Nəqliyyat Nazirliyinin sifarişi əsaında icraçı təşkilatın ( “AKKORD” ) beton yol çəkilişi zamanı törətdikləri iqtisadi ciyatətlərə nəhayət hüquqi qiymətin verilməsinin vaxtı çatmışdır. Sadəcə siyasi iradə lazımdır ki, cənab Vahid Əhmədov cürətli bir xalq deputatı kimi bu məslələri Prezident cənab İlham Əliyevə Bakı-Quba yolunda baş vermiş qanunpozuntuları faktlarının araşdırılmasına və günahkarların aşkar edilməsindən sonra yalnız onların şəxsi vəsaitləri hesabına sözügedən yolun yendən əsaslı tkintisinin aparılmasına göstəriş verilməlidir. Bəli, biz Vahd Əhmədovla bir epizadla razı ola bilmərik ki, Bakı-Quba yolunun yenidən bərpa olunması üçün Prezidentdən vəsait ayırmasını xahiş etsin. Axı 2018-ci ildə də bu yolun yenidən təmiri və bərpası üçün kifayət qədər vəsait ayrılması ilə bağlı sərəncam olmuşdur. Qoy, yolların hesabına özlərinə malikanələr əldə edən, xaricə milyonlar transfer edən cavabdeh rəhbərlər nəhayət məsuliyyət his etsin və törətdikləri korrupsiya nəticəsində dağılmış yollarımızı talançılıqla əldə etdikləri sərvətlərin bir hissəsinin hesabına yenidən tiksinlər. Əgər dağılan yollarə bərpa edə, yeni yollar inşa edə bilmirlərsə, getsinlər Yerevan-Kəlbəcər yoluna baxsınlar və görsünlər ki, Azərbaycan Ordusunun 80 tonluq T-90 tankları bu yolda şütüyəndə və manevrlər edəndə niyə bircə qum dənəsini asfaltdan qopara bilmirlər?
İFADETV.COM-un Araşdırma Qrupu
ERmənilərin çəkdikləri asfalt