Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra azadlığa buraxılıb.
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Şəmsi Səmədzadə sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub.
Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb.
"Əldə etdiyimiz bilgilər Zakir Qaralovla şəmsi arasında 1999-cu ilin yayında baş vermiş dava dalaşı təsdiqləyir. Belə ki, Gəncə regionunda xüsusi nüfuz sahibi olan iş adamı Şəmsi Səmədzadə O vaxtkı Gəncə şəhər prokuroru olmuş Z.Qaralovla hesablaşmırdı. yəni, aylıq haqq vermirdi. Ona dəflərlə xəbərdarlıq göndərilməsinə baxmayaraq Şəmsi Z.Qaraolova sayğısızlıq göstərirdi. Nəhayət, məsələnin çözülməsi üçün onu zakirin qəbuluna dəvət edirlər. Zakir Şəmsiyə ümumi qəbul olunmuş "qayda qanuna" bir iş adamı olaraq riayət etməyi başa salmağa çalışır. Söhbətin sonunda şəmsi əsəblərinə hakim ola bilmir və xidməti otaqdakı stulu götürüb Zakirin başına çırpır. Təbii ki, Zakir onu həbsə ata bilməzdi. lakin tezliklə E.Şevernadzanin ulu öndər H.Əliyevə xahişindən sonra əslən Gürcüstandan olan Zakir Qaralov qəfil olaraq Azərbaycanın baş prokuroru postuna təyinat alır. Zakir ilk fürsətdən istifadə edərək Ş.Səmədzanəni sifariş əsasında həbs etdirir və ömürlük məhkumluq cəzası təyin etdirir. Məlumatda o da bildilir ki, məşur hakim Ənvər Seyidov məhbus Ş.Səmədzadə ilə görüşərək ona ömürlük deyil, 15 il həbs cəzsı verə biləcəyini təklif edir. Baxmayaraq ki, Z.Qaralovun ğmürlük həbs cəzası barədə sifarişi ortalıqda idi. lakin buna baxmayaraq hakim Ə. Seyidov Z.Qaralovun sifarişini 15 illik həbs cəzası ilə əvəz edə biləcəyini təklif etsə də Ş.Səmədzadə nədənsə razılığa getməmişdir. sonrası cəmiyyətimizə məlumdur.
Bir neçə il əvvəl "Qulp studio" "Rezonans" verilişinin bir buraxılışını Şəmsi Səmədzadəyə həsr edi
O, verilişdə öz hekayəsini danışıb: "Mən həbs olunanda böyük oğlumun 12, özüm 34, qızım 7, kiçik oğlum 4 yaşında idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün burdayam.
Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi. Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.
12 il heç kimə icazə vermədim həbsxanaya gəlsinlər. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burda olmağımla".
Daha ətraflı videoda:
İfadetv.com
