Əməkdaşımız Məmməd Əhmədoğlu bir fermer olaraq ailəsin məxss pay torpağında əkdiyi taxıla görə mn bir əhanə edilərək subsidiya alabiməməsindən və bunun səbəbikimi torpğın çıxarıının olmaması bəhanəsi qeyd edilsə də may ayında alıb təqdim etiyi topağın çıxarışına dair sənə baxmayaraq Kənd Təsəsrrüatı Nazirliyi hələ də nun yzılı mraciətlərinə cavab vermir Vətəndaşın aidiyatı üzrə direktiv orqanlara və KTN-nə yazdığı növbəti müraciəti ictimai əhəmiyyəinə görə dəyərli oxucularımıza təqdim edirik:
"Məlumat üçün bildirim ki, mənə və 4 nəfərdən ibarət ailə üzvlərimə Şəki rayonun Baş Göynük kəndinə məxsus 1.88 ha pay torpaq verilmişdir. Hər ili mən burada taxıl əkinilə məşğul oluram. lakin çox təəssüflər olsun ki, 2020-ci il üçün bizə əkin subsidiya verilmədi. Belə əsaslandırdılar ki, hüquqmüəyyənedici sənədimiz yox imiş. lakin biz dövlət Torpaq Aktını təhvil verib onun əsasında torpağın kadastr sənədini almışdıq.(Respublika üzr dövlət Akt ə çıxarış əsasıda susidiyalar verilmişdir) Budur, nəhayət çıxarışları almışıq. Lakin təəssüflər olsun ki, KTN-nin yerli idarələrində ixtisaslı və savadı yetərli olmayan kadrlar olduğundan bizim kəndimizdə fermerlərin bir hissəsinə subsiydiya verilmiş, bizim kimi sadə insanlara isə nədənsə verilməsi «yaddan» çıxmışdır. Beləliklə, 2020-ci il üçün dövlət büdcəsindən bu təyinat üzrə ayrılan külli miqdarda pulların taleyi məlum olmadı. İndi payız əkini üçün də bəyan etmişik. sənədi də almışıq. Amma ki fayda. İndi də 2021-ci il üçün yenə subsidiyanın hesablanıb kartımıza köçürülməsində bürokratiya davam edir. Cənab baş nazir Əli Əsədov, Sizdən xahiş edirəm ki, kənd təsərrüfatı sahəsindən elə bir elementar anlayışı olmayan cənab nazir İnam Kərimovu başa salın ki, indiki həssas məqamda kənd insanlarının heysiyyatı ilə məsuliyyətsiz kadrları oynamaqdan əl götürsünlər. Biz bu adamı özünün də dediyi kimi, «27 il dövlətə sədaqətlə «xidmət edən» və nəticədə 15 mlrd dollar - varidata sahib olan və 27 il Korrupsiaia qarşı Mübarizə Komissiyasının sədri olmuş Ramiz Mehdiyevin katibi işlədiyi dövrdən tanıyırıq. Hələ o vaxtı baş korrupsionerin katibi olmuş bu adam korrupsiyaya qarşı nə mübarizə apardı ki, indi KT Nazirliyində nə iş görə?!. Hesab edirəm ki, bazar qanunlarını yığışdırmağın vaxtıdır. Cənab baş nazir Əli Əsədov, xahiş edirəm 2021-ci il üçün nəzərdə tutulmuş subsidiyanın şəxsi fermer kartıma yönləndilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə şəxsən göstəriş verəsiniz. ki, işlərimiz çox ləngiməsin. Əvvəlcədən təşəkkürlər.
QEYD: Xatrladım ki, KTN-nə 42 gün əvvəl ünvanladığım eyni məzmunlu rəsmi məktuba hələ də cavab almamışam.
Hörmətlə, fermer Həmidov Məmməd Əhməd oğlu