"Ölülərə hər şey pulsuz, dirilərə cəhənnm əzabı"-YENİ İSLAHAT
Müğənni Nura Suri ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, bu barədə öz hesabında paylaşım edib.
"Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə. İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yollarını axtarın",- deyə, müğənni bildirib.
Qeyd edək ki, bu gün Tarif Şurası sərnişindaşımada gedişhaqqı ilə bağlı hökumətə təkliflər verəcəyini açıqlayıb.