Xatırladaq ki, 2021-ci ilin avqust ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-ni məhkəməyə verib. Və məhkəmədə öz növbəsində vergi borcunun ödənilməsi barədə iddianı təmin etmişdir.
Məhkəmə iddası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olmuşdur.
“Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Hazırda şirkətin qanuni təmsilçisi İsgəndərov Elnur Xaləddin oğludur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur.
“Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına diqqət yetirdikdə məlum olur ki, 4 dekabr 2020-ci ildə şirkətin sənədlərinə dəyişiklik edilib. Ehtimal edilir ki, bu dəyişiklik Elnur İsgəndərovun MMC-nin qanuni təmsilçisi olması ilə bağlıdır. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Axundov Rauf Arif oğlu olub. Rauf Axundov 2017-ci ildə lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri və gəlirli holdinqlərindən biri kimi tanınıb. Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Sabiq nazir, şirkətə istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib. Fazil Məmmədov işdən çıxarıldıqdan sonra şirkətin işi axsayıb. 2019-cu ildə yayılan məlumata görə, sabiqlərin sırasına qoşulduqdan sonra bir müddət səhhətindəki problemlərlə məşğul olan keçmiş nazir yenidən əsas diqqətini “Synergy Group” MMC-yə yönəldib.
Amma deyəsən Fazil Məmmədovun işləri yaxşı getmir. Çünki hazırda “Synergy Group” MMC-nin 2020-ci ilədək 48 168.93 AZN vergi borcu yığılıb qalmışdır. Bəs necə oldu ki, Vergilər Nazirliyinə rəhbərlik etdiyi dönəmdə "Synergy Group” MMC-nin bütün sahələrinə iri yatırımlar qoyulmasına baxmayaraq Rauf Axundov dövründə külli-miqdarda vergi borcu yaranmışdır ki, şirkətin 48000 manatı belə ödəməyə maddi imkanı qalmamışdır. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-yə yığılmış borcun ödənilməsi barədə dəflərlə xəbərdarlıq etmişdir. Verilən məlumatdan aydın olmuşdur ki, yarandığı gündən yüksək gəlirlə işləyən böyük bir şirkət 2019-cu ildən ziyanla fəaliyyətini davam etdirmişdir. Məsələnin obyektiv və subyektiv səbəblərini araşdıran Fazil Məmmədovun yaxınları qərara gəlmişlər ki, "Synergy Group” MMC- nin qısa müddətdə müflis həddinə gəlməsinə Rauf Axundov səbəbkar olmuşdur. Bundan sonra şirkəti F.Məmmədovun ən etibarlı qohumu və kadrı hesab olunan Elnur İsgəndərova həvalə edilmişdir. Son alınan məlumata görə Rauf Axundovla Fazil Məmmədovun adamları arasında daxili çəkişmələr davam etsə də, peşəkar bankir olan R.Axundov "sudan quru çıxmağı" bu sahədə olan xüsusi fitri istedadı hesabına hələlik bacara bilmişdir. Tərəflər arasında indi də davam edən iri maliyyə çatışmazlığı ilə baş vermiş şirkətdaxili talanlara hələlik tam aydınlıq gətirmək mümkün olmayıb. Hesab edirik ki, məsələ "Baku Stell Kompany" MMC-nin sabiq direktoru olmuş Rasim Məmmədovun fəaliyyətinə çox oxşardır. Rauf Axundovun dönəmində "Synergy Group” MMC-də baş vermiş çoxsaylı maliyyə maxenasiyaları barədə sabiq nazirin adamlarının hələlik yuxarı orqanlara şikayət etməməsinin səbəbləri aydın deyildir. Baxmayaraq ki, “Synergy Group” MMC-yə daxil olan "Şəmkir" çörək zavodu, "Şəmkir" otel, "Şəmkir" gülçülük, Gəncədə "Yeni Klinika" xəstəxanasında irimiqyaslı maliyyə maxenasiyaları törətmişdir. Maliyyə itkilərinin 100 min manatlarla ölçüldüyü bildirlir. Ona görə də bu əməllərinə görə Fazilin adamları “Synergy Group” MMC-yə daxil olan mmc-lərdə qəfil iqtiasadi böhranların baş verməsindən gec də olsa duyuq düşmüş və drhal da Rauf Axundov vəzifəsindən kənarlaşdırılmışdır.
Bu istiqamətdə arşdırmalarımız davam edir.
İfadetv.com-un araşdırma qrupu