Şamaxı rayonu, Muğanlı kəndində psport qeydiyyatında olanvə hazırda Abşeron rayonun 28 May qəsəbəsidə yaşayan, İş zamanı ağır xəsarət alan Məmmədov Arif Məhəməd oğlu tərəfindən iş vaxtı aldığı ağır bədən xəsarətinə görə SOCAR tərəfindən bağlanan "Həyat yaşam sığortasına görə ona heç bir təzminatın ödənilməməsindən dövlət başçısına və Mərkəzi Bankın idarə heyəti sədrinə ünvanlanmış müraciəti ictimai əhəmiyyət kəsb etdiyinə görə onu olduğu kimi oxucularımıza təqdim edirik:
Cənab Pezidnt yazıb Sizə bildrmək istəyiəm ki, mən SOCAR nəzdində olan H.Əliyev adına Neft Emalı zavodunun törəmə təşkiatı olan "İlk İnşaat" da əmək müqavilə əsasında qaynaqçı işləyrəm. Bu il avqustun 20-də iş gördüyüm zaman sol əlimin üstünə 70 kq ağırlığı olan dəmir detal qəfil düşərək ağır xəsarət yetirmişdir. Nəticədə ətər damarı zədələnmiş, 3 və 4-cü barmağımın sınığı diqnozu ilə bu günə qədər müalicə alıram. Düzdür, işlədiyim şirkətin hesabına ilin cərahi əməliyyat "Medikal Plaza"da həyata keçirildi. Lakin təəssüflər olsun ki, əlim və barmaqlarım bükülmür. Hazıda öz hesabıma müalicəm davam etdirirəm. Xəstəlik bülletei açıldığna görə 2 aydırki, əmkhaqqı ödənişi almıram. İki balaca övladım və yaşlı xəstə vaideynlərim mənim himayəmdə yaşayırlar. İşlədiyim "İlk İnşaat" şirkəti ütün işçilərini "Həyat sığrota" şirkətilə sığortalatdırışdır. Buna baxmayarq bu ünə qədər alığım ağır istehalat xəsarətinəgörə heç bir sığorta ödənişi etmir və etmək də istəmir. Baxmayaraq ki, işlədiyim şirkət bu barədə onlara yazılı məlumat vermişdir. Və hazıda da Suraxanı rayon Prokurorluğunda araşdırma gedir.Ekspert həkim də təsdiq etmişdir ki, ağır xəsarət almışam ximəti iş zamanı Və mənə bildirdilər ki, sənin müalicən, dava-dərman üçün "Həyat" sığorta şirktinin borcudur ki, bunları qarşılasn. vəya birdəfəllik kompnsasiya versin. On görə də dövlətimizin başçısına və Mərkəzi Bankın idarə heyətinin sədri cənab Taleh Kazımova müraciət edirəm ki, iş vaxtı aldığım ağır bədən xəsarətinə görə "Həyat" sığortanın vəzifə borcunu yerinə yetirərək mənə qaunvericiliyə əsasən düşən birdəfəlik kompensasiyanın vaxtnda ödənilməsinə kməklik göstərsinlər.
İmza- Arif Məmmədov ( xəsarət alan şəxs)
29 oktyabr 2022-ci il.