Əsli- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNƏ,
AZƏRBAYCAN RESPUBLİKASININ 1-ci VİTSE-PREZİDENTİ xanım M.ƏLİYEVAYA,
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Əli ƏSƏDOVA,
AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,
Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab F.Ələsgərova,
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müdirinə,
Daxili İşlər naziri cənab V.Eyvazova, Korrupsiya İdarəsinin rəisi cənab N.Rəcəbova,
AZƏRBAYCAN RESPUBLİKASININ Ədliyyə nazirinə,
AZƏRBAYCAN RESPUBLİKASININ İqtisadiyyat nazirinə
AZƏRBAYCAN RESPUBLİKASININ Ailə, Qadın Uşaq Komitəsinə,
DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,
ABŞERON RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI İradə xanıma,
OMBUDSMAN APARATININ SƏDRİNƏ, Abşeron rayon Prokuroruna, Abşeron rayon Polis İdarəsinin rəisinə, KİV ORQANLARINA.
Konstitusiya və Ali MƏHKƏMƏNİN SƏDRLƏRİNƏ
Abşeron rayonun Qobu qəsəbə sakini Rüstəmova Pakizə Ağamurad qızı tərəfindən
“Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfovla Abşeron İH-nin həbsə atılan memarı ilə birlikdə törətdiyi qanunpozuntularının, onun mənim və digər sadə vətəndaşlara məxsus bələdiyyə torpaqlarını kənar şəxslərə arxa tarixlə sənədləşdirib saxtakarlıqla satmasının, əvəzində örüş sahəsindən saxta sənədlərlə yer təklif edilməsinin qarşısının dərhal alınmasının, ƏN-nin Sumqayıt Regional Ədliyyə İdarəsi rəisi, Abşeron İcra Hakimiyyəti rəhbərliyilə gizli sövdələşərək verdiyim şikayəti əsassız ört-basdır etmə cəhdindən, Qobu Bələdiyyə sədrinin məni şərləyib həbs etdirəcəyilə bağlı hədə-qorxusunun qarşısının alınması və 15 ildir ki, bizə ayrılan bələdiyyə torpağının verilməsi” barədə
Ş İ K A Y Ə T ƏRİZƏSİ
Hörmətli cənab Prezident, bir daha xatırlatmaq istəyirəm ki, 2006-cı ildə kənd sakinlərinə 8 sot olmaqla 300 manat rüsum müqabilində bələdiyyə torpağı verilərkən, Mən 20 sot üçün 800 manat rüsum pulunu Texnika Banka Qobu bələdyyəsinin hesabına köçürmüşdüm. Və mənə bildirmişdilər ki, sənə ən yaxşı yerdən “Çənlibel” restoranının yanından torpaq verəcəyik. Sonra məlum oldu ki, mənə verilən yeri Bələdiyyə başqasına pulla satıb. Sonra yenə söz verdilər ki, ayrı-ayrı yerlər olmaqla sənə 2 pay 10 sot yer verəcəyik. Doğrudur, mənə bir 10 sotluq yeri Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında göstərsələr də sənədə nə möhür vurulub, nə də Abşeron rayon İH-nin indi həbsdə olan Memarlıq Şöbəsinin müdiri Akif Əliyev,nə də Qobu Bələdiyyə sədri Araz Nəcəfov imza edib. Bu fırıldaqçılar uzun müddətdir ki, mənə saxta sənəd verib bürokrat kimi süründürürlər. İndilər də isə mənə məlum olub ki, bu korrupsiyalaşmış dəstənin mənə verdiyi çıxarış sənədində göstərilən yer örüş sahəsi imiş. Burada hər hansı ev tikmək qadağandır.Yəni bələdiyyə sədri bələdiyyə torpağı olmayan yeri qanunsuz olaraq bələdiyyə adı altında saxta sənədlərlə mənim kimi yerli sakinlərə sırımaq və pul qaznmaq istəyir. Mən ev tikmək üçün 800 manat pulu yerli bələdiyyəni hesabına 15 il əvvəl köçürmüşəm. Bu dəstə məndən əlavə olaraq sənədlərin düzəlməsi üçün tələb etdiyi 3000 manatı bir, keçən ildə 3500 manat ( cəmi 6500 manat olmaqla) kapital Bankdan kredit götürüb Araz Nəcəfova iş otağında vermişəm ki. sənədlərimi versin. Amma nə torpaq sahəmi ala bilirəm, nə də sənədlərimi. Bunların mənə verdiyi saxta sənədi yoxlatdıranda məlum oldu ki, nəzərdə tutlan yerin bələdiyyə torpağı deyil, kənd təsəsrrüftlı örüş sahəsi olduğu və heç vaxt buraya çıxarış verilə bilməyəcəyini məni başa saldılar. Artıq Qobu Bələdiyyəsinə illərlə ayaq döyməkdən yorulmuşam. Tək ailə başçısı olduğumdan Bankdan götürüb Araz Nəcəfova verdiyim pulun kredit ödənişini güclə ödəyirəm. Hazırda öhdəmdə evdə 5 nəfər var. Evdə də tək işləyən mənəm və aylıq 263 manat əməkhaqqqı alıram.
Son vaxtlar Abşeron rayon İH-ti başçısının köməkçisi Fuad müəllimin qəbulunda oldum. O da Araza zəng edib xahiş etdi ki, Pakizər xanımın torpaq məsləsini həll etsin. Amma nə fayda. Söz verir əməl etmir. Sonra deputatımız olan Şahin Seyidzayə xahiş etdim ki, problemin həllinə köməklik göstərsin. Onlar da Milli Məclisin rəsmi məktubu ilə A.Nəcəfova 02 mart 2021-ci ildə müraciət etdilər ki, P.A.Rüstəmovanın torpaq sahəsinin sənədlərinin verilməsinin təmin edilməsi xahiş olunsa da nəticə yoxdur. Hər dəfə Abşeron İcra Hakimiyyəti başçısı qəsəbəmizə səyyar görüşə gələndə Araz mənə yaxınlaşıb xahiş edir ki, ondan şikayət etməyim. Sənin torpaq məsələni həll edəcəm. Amma bu adam özünü ən axırıncı yalançı və bürokrat yerinə qoyub. İcra başçısına da rəsmi müraciətlər etmişəm. Xeyri yoxdur.Tədbir görmür. Sanki şərikdirlər.
Qobu Bələdiyyə sədri Araz köhnə qəbristanlığın yanında 4 ha torpq sahəsini hasarlayıb özününküləşdirib. Bunu qəsəbədə hamı bilir. Köməkçisi Ədalətin yanında Arazdan bu yeri göstərib yer istədim. Cavab verdi ki, səndən ötrü bu yerə 100000 manat verib almamışam ki, sənə paylayım. Bələdiyyə sədrinin digər yeri də Lökbatan yolunun sağ və ən çox sol tərəfdə yerləşən 2 ha zəbt etdiyi və setkaya aldığı ərazidir. Buradan da mənə 10 sot yer verəcəyini bildirmişdir.
Mən aprelin 2-də sonuncu dəfə Qobu Bələdiyyəsinin yanına gedib yerimin verilməsini və sənədləşdirilməsini istəyəndə o mənə küçə qadınlarının leksikonunda olan nalayiq sözlə acılayıb otaqdan qovdu və bildirdi ki get hara istəyirsən şikayət et, məni bezdirdin. Qazandığı haram pullar bu adamın gözünü o qədər örtüb ki, artıq kimlə danışdığının, nə dediyinin də fərqində deyil. Əvvəllər Abşeron İH-nin həbs olunan baş memarı A.Əliyevlə bələdiyyə torpaqlarında pul hesabına tikintiyə icazə oyunbazlığı ilə məşğul olub haramzadalaıq edərdilər. Akif həbs olunsa da Arazın yenə dünya vecinə deyil. Arxalandığı oliqarx bu adamı necə proqramlaşdırıbsa aldığı rüşvət müqabilində də işi tam görüb başa çatdırmır. 2006-cı ildən bəri 800 manat banka rüsum ödəmişəm. 6500 manat da Arazın tələb etdiyi pulu vermişəm. İndi nə pulumu qaytarır, nə də yerimi vermir, sənədlərimi vermir
Bu məsələ barəsində yuxarı instansiyalara etdiyim şikayətlərdən sonra məni Abşeron rayonun Polis İdarəsinin Qobu yolundakı Yurd –marketin yanında olan PB-də Fərman adlı polis izahtımı almış, üzləşmə aparmış və Bələdiyyə sədrinə bildirmişdir ki, Araz sənin barədə daha 2 şikayətçinin torpaqla bağlı ərizəsi daxil olub. Sonra Abşeron rayon prokurorluğundan mənə zəng edib soruşdular ki, 6500 manat pulu- rüşvəti niyə Araza verdin? Cavab verdim ki, Araz tələb etdi ki, pulu verməsən sənədləri düzəldib verə bilmərəm. Lakin o rüşvəti alıb mənə bələdiyyə torpağı olmayan saxta örüş sahəsinin sənədini yarımçıq olaraq təqdim etdi. Daha sonra Abşeron rayonun Kənd Təsəsrrfatı xidməti İdarəsindən Zülfəli müəllim bildirdi ki, Cəlilabadlı Əfqanın yerinin yanında boş yerlər var. Qoy sənə yer versinlər, qalan sənəd işlərinin düzlüb qoşulmasına mən yardımçı olacağam.”
Qobu qəsəbə icra nümayəndəsi Etibar müəllim də bizi otağına dəvət etdi. Araz Etibar müəllimin yanında mənə hədə-qorxu gəldi ki, bütün var-yoxumu satıb səni tutduracağam bu şikayəti yazdığına görə. Sonra da Etibar müəllimə bildirdi ki, mən bilmirdim ki. Pakizə 20 sot torpaq üçün 800 mnat pul ödəyib və qəbzi var. Sonda isə Etibar müəl. Bildirdi ki, 1 həftəyə sənin yerini Lökbatan yolunda göstərib məsləni həll edəcəyik. Dünən , iyunun 7-də təkrara olaraq bir də Etibar müəl. Qəbuluna getdim. Burada Araz da keçmiş bələdiyyə sədri və indiki ağsaqqallar şurasının sədri Mübariz müəllim də vardı. Mən Qobu qəsəb İcra nümayəndəsindən soruşdum ki, bəs siz 1 həftə gözlə yerini müəyyən edib verərəik dedin. Amma artıq 15 gün keçib. Bu arda Bələdiyyə sədri Araz məni görən kimi yenə qoca qarılar kimi bed-duaları, qarğışları yağdırmağa ki, səni bütün var yoxumu satıb həbs etdirəcəyəm.Görərsən”.
2 gün əvvəl isə ƏN-nin Sumqayıt Regional İdarə rəisi Sahib Bayramovun 31 may 2021-ci ildə inzalayıb göndərdiyi formal cavab məktubunu aldım. Məktubda qeyd edir ki, guya mən 2007-ci ildə Qobu-Lökbatan yolunda 0.08 ha torpağı alıb satmışammış.” Cavab olaraq bildirim ki, mənim bu alqı-satqıdan xəbərim olmayıb. Bu yaxında məlum olub ki, sözügedən torpaq sahəsi bələdiyyə sədri tərəfindən arxa tarixlə əvvəlcə mənim adıma formal sənədləşdirilib. Və guya tərəfimdən Yevlaxdan olan hansısa Fuad adlı şəxsə də satmışammış.Bəs mənim notariusda imzam necə olsun? Ailə üzvlərimin razılığı necə olub? Bunların istintaqın işləridir ki, saxta sənədlər tərtib edərək yerli sakinlərin adından onların xəbəri olmadan kənar fiziki şəxslərə Qobu torpaqlarını satmaqla əsassız varlanıb harınlayıblar. Buna hüquqi qiymət verilməlidir. Sonra isə Sahib Bayramov qeyd edir ki, “ Sizə 0.10 ha torpaq sahəsinin təklif edildiyini, lakin bu torpaq sahəsinin kənd təsərrüfatlı torpaqlara aid olduğundan sənədləşməsi mümkün olmadığı, müraciətdə qeyd etdiklərinizin yalan və böhtan olduğu, gələcəkdə torpaq sahəsinin kateqoriyasının dəyişdirlərsə sizə təklif edilən 0.10 ha torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başa salınmışdır.”
Mən hörmətli Ədliyyə naziri Fikrət Məmmədovdan soruşmaq istəyirəm. Niyə Siz hüquqdan anlayışı belə olmayan, regiondakı bələdiyyə sədrlərinin korrupsiya əməllərini canfəşanlıqla maddi maraqlarının təmin edilməsi müqabilində ört-basdır edib ailəinə çörək aparan Sahib Məmmədovlardan başqa bir ixtisaslı kadr tapa bilmirsinizmi ki, o da bizi kimi sakinlərə yazdığı savadsız və formal cvablarla başımızı aldatmağa, cinayətkarları müdafiə etməklə məşğul olur?
Bu adam utanmadan yazırr ki, bələdiyyənin sizə təklif etdiyi 0.10 ha torpaq sahəsi k/təsərrüfatlı torpaqdır. ƏN-nin bu vəzifəli şəxsi anlamır ki, ona tabe olan bələdiyyənin 15 il əvvəl ödədyi rüsuma görə örüş sahəsi olan dövlət fondu torpağını yox, bələdiyyənin mülkiyyəində olan torpqdan mənə 0.10 ha təklif edilməli idi. Yazdıqlarımın böhtan və yalan olması barədə uydurduğu və korrupsiyalaşmış bələdiyyə sədrinin müdfiəsi üçün yzdığı cavab məktubunda göstərilənlərə rəğmən bildirirəm ki, prokurorluq yerində araşdırma aparsa mənim kimi minlərlə narazı Qobu sakini bir daha təsdiq edərlər ki, bizdən tələb dilən pulların əvəzində sədr A.Nəcəfov bizi aldatmaq üçün özbaşına dövlət fondundan yerlər təklif edir. Bəs niyə özü hektarlarl ərazini şəxsən zəbt edib kənarını qanunsuz olaraq setkalayıb bazar açıb?
Çoxhörmətli Prezident, 1-ci vitse-prezident və Ədliyyə naziri! Sizdən çox xahiş edirəm ki, Qobu Bələdiyyə sədrini başa salasınız ki, “DƏMİR YUMRUQ” ermənilər kimi, sənin da korrupsiyalaşmış başına endirilə bilər. Nə qədər gec deyil, uzun illər ortağın olmuş Abşeron İH-nin Baş memarı Akif Əliyevin rüşvətxor taleyindən, arxalandığın ƏN-nin Sumqayıt Regional Ədliyyə İdarəsi rəisi Sahib Bayramovun verdiyn hədiyyələr hesabına qanunazidd olaraq səni mələk kimi qorumasının mənasızlığından ibrət dərsi götürsün və 15 ildir gözlədiyim bələdiyyə yerimi sənədlərlə birlikdə qanuni formda mənə versin. Verə bilmirsə, məndən tələb edib aldığı 6500 manat rüşvəti geri qaytarsın ki, banka olan borcumu bağlayım. Xahiş edirəm Araz Nəcəfov və onu müdafiə edən sonradan pul görüb özlərini itirən korrupsiyalaşmış məmur dəstəsi haqqında qanuni tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz. Sağ olun.
Qoşma sənədllər 7 vərəq.
İMZA: P.A.Rüstəmova mob. 070- 801 08 98,
Tarix: 08 iyun 2021-ci il.