Mən siyasi mübarizədə söyüşdən istifadə edilməsinə qarşıyam və bunu qətiyyətlə pisləyirəm.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda müzakirə zamanı deyib.
ADP sədri əlavə edib ki, bu kimi halları dövlətçiliyin əleyhinə addım hesab edir.
O, söyləyib ki, Azərbaycana Avropadan da, Rusiyadan da təhlükə var: “Bəli Avropada hamı mələk deyil. Biz hamımız Azərbaycan dövlətinin və xalqının maraqlarılna xidmət etməliyik”.
YAP icra katibinin sədri Əli Əhmədov ADP sədrinin bəzi tənqidlərinə cavab olaraq bildirib ki, hər hansı beynəlxalq qurumun müstəqil bir dövlətin daxili işlərinə müdaxiləsi yolverilməzdir: “Onlar seçkiləri yalnız müşahidə edə bilər”.
Əli Əhmədov əlavə edib ki, ABŞ-da seçki prosesinə xarici müdaxilə 2 ildir müzakirə olunur: “ABŞ niyə deyir ki, seçkilərə Rusiya müdaxiləsi var? Rusiya da analoji fikirlər söyləyir. Eləcə Fransada da belə fkirlər var. İndiki müasir dövrdə belə hallar mümkündür. Biz bunu müzakirə edirik və fikirlərimizi deyirik.
Əgər biz hər şeylə bağlı müzakirə aparsaq nəticə əldə edə bilmərik. 1990-cı ilin Azərbaycanı ilə indiki Azərbaycanı müqayisə etmək doğru deyil. Baxın görün indiki Azərbaycan nə qədərr inkişaf edib...”