Sürücülər körpüdən qorxa-qorxa keçdiklərini deyirlərBakıda 3-cü mikrorayon dairəsindəki körpünün aşırım hissəsində aralanma müşahidə edilir. İddialara görə, proses bir müddətdir ki, davam edir. Sürücülər artıq həmin körpüdən qorxa-qorxa keçdiklərini deyirlər.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələyə aydınlıq gətirib.
O deyib ki, sözügedən körpüdə problem yoxdur. Sürücülər rahat şəkildə körpüdən istifadə edə bilərlər.
Bəli, Anar müəllim yenə də yalan danışmağa məhkumdur. Əslində isə istər Bakıdakı, istərsə də bölgələrimizdəki bütün körpüləri bu aqibət gözləyir. Körpünün həmin hissəsində xüsusi dəmir lövhəciklər olmalıdır. Amma yoxdur. Çünki korrupsiya olan yerdə nə yollara, nə də körpülərə qaydalara uyğun xidmət göstərilmir.