ATF-in ÇƏKDİYİ BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi portalında Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdiriməsilə bağlı rəsmi məlumat yayılmışdır. Məlumatda bildirilir:
Avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
Dövlətimizin başçısının tapşırığına əsasən Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 14 və 10 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) və 2x2 (4 m) metr təşkil edəcək.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1.8 km-lik hissəsində asfaltlanma işləri icra olunub və səki daşları yeniləri ilə əvəz olunub. Yolun 19 km-lik hissəsində layihəyə uyğun olaraq torpaq yatağı tikintisi aparılıb. Bunun üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yol yatağı genişləndirilib.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunur, lazım olan yerlərdə isə əlavə olaraq suötürücü boruların quraşdırılması işləri icra olunur. Torpaq yatağı hazır olan hissələrdə yol əsası inşa edilir. Daha sonra layihəyə uyğun olaraq yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Layihə çərçivəsində İncə çayı üzərində yeni avtomobil körpüsünün tikintisi də nəzərdə tutulur.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.
Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən agentliyin rəhbərliyinin nəzarəti altında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “17 №-li Yol İstismarı” MMC-i tərəfindən icra olunur." Baxın, rəsmi məlumatın son cümləsində artıq dayanmaq istəyirik. Çünki təbii sual ortalığa çıxır. Niyə məhz Azərbaycanın bütün ərazilərində məhz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “17 №-li Yol İstismarı” MMC peyda olur??? Yəni, AAYDA ASC-dən tenderlərin əksəriyyətinin "qalibi" olan ATF şirkətilə birlikdə hərəkət edən "17 saylı Yol İstismarı" MMC. Yəni AAYDA-nın strukturunda bu MMC-dən başqa yerli MMC-lər yeni layihələrdə doğrudanmı iştirak etmək istəmirlər? Elə bu sualları cavablandırmaq üçün 6 ay əvvəl mətbuata , konkret olaraq AsiyaTV-yə bu barədə məlumatı Göyçay rayonu Çərəkə kənd sakini Samir Kərimov qismən də olsa, MMC-nin sürücüsü olaraq cavab verib:
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbərləri dövlət əmlakını və vəsaitini talan edir" başlıqlı yazıda bu suallaraın bir hissəsinə aydınlıq gətirilir:
O bildirib ki, 3 dekabr 2013-cü il tarixindən 17 saylı Yol İstismarı İdarəsində sürücü vəzifəsində işləyib. İşində heç vaxt nöqsana yol verməyib. "ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsə də yüksək qan təzyiqinə görə orada işləyə bilmədiyi üçün idarəm müdiri Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-inci maddəsinin "Ç" bəndi ilə məni işdən azad edib. Ancaq əmək məcəlləsinin tələblərinə görə mənə son haqq-hesab pulu ödənilməli olsada indiyə qədər verilməyib.
Bu isə cinayət əməlidir...
Şikayətçi bildirir ki, ona son haqq-hesab pulu ödənilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət edib. Nazirlik cavab olaraq bildirib ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək..
Ancaq heç bir tədbir görülmədi. Çünki Muradovlar nəslinin gücü qanunlardan üstün tutulur. 17 saylı Yol İstismarı İdarəsində texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir.
Şikayətçi Samir Kərimov qeyd edir ki, "ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş həriflərinin birləşməsindən yaradılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranan bu şirkət nəinki Göyçayda həttda Azərbaycanın müxtəlif yerlərində İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Göranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görürlər.
Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti udur.
Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxardıb yerinə "ATF" MMC -nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradovu ora müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə udub apardığı yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilib. Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC-nin rəhbərliyi Muradov qardaşları işçilərin əməyini istismar edir onların pulunu kəsirlər, gün ərzində 15 -16 saat işlədilirlər. Həttda şənbə və bazar günləri də işçilər işə cəlb edilir. Mənim kimi etiraz edənlər isə qanunsuz işdən çıxarılır və hətta son-haqq hesab pulu ödənilmir.
Qeyd edim ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Və rəhbərlikdə onu qardaşı Azad əvəzlədi.
"ATF" MMC-nin təsisçiləri olan Muradov qardaşları Azərbaycan Respublikasının dövlət büdcəsini talan etməklə milyonlara sahib olublar.
Prezident İlham Əliyevin tapşırığı əsasında respublikada korrupsiyaya qarşı mübarizə genişləndiyi vaxtda Saleh Məmmədovun himayəsi altında "ATF" MMC-nin rəhbərliyi və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri Tehran Muradov korrupsiya əməllərini daha da genişləndirib.
Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyim təqdirdə məni narkotika ilə şərlətdirib tutduracaqları ilə hədələyirlər.
Şikayətçi son olaraq mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən dövlət vəsaitini talan edən, insanların əmək hüquqlarını pozan, istismar edən bu vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görməsini xahiş edir."
ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə 12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə 3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat dəyərində tenderlər “qazanıb”. Tenderlərin ümumi dəyəri 75 milyon manat olub.
Bahalı layihələr həyata keçirən AAYDA işlərin bəzilərini digər podratçılara həvalə etməsini bəyan etsə, məsələn, 2019-cu ildə bu podratçılara 153 milyon manat ödəniş həyata keçirsə də həmin şirkətlərin adları açıqlanmayıb. Belə ki, hər il çoxlu sayda və bahalı tenderlərin keçirilməsinə baxmayaraq, bu tenderlərin nəticələri ilə bağlı məlumatlara rast gəlmək olmur. Əgər belə olmasaydı, o halda, tenderin nəticələrini etender.gov.az vahid portalında görmək olardı.
Amma kimsəyə sirr deyil ki, regionlarda bu cür işlərin böyük əksəriyyəti AAYDA-nın “tövsiyəsi” ilə “ATF” MMC şirkətinə həvalə edilir. Niyə məhz “ATF” MMC-nin seçilməsi isə tərəflərin korrupsiya əməllərində axtarılmalıdır.
“Asfaltyeyənlər” haqda statistika – milyonlarla manat…
“ATF” MMC uzun müddətdir ki, paytaxtdan kənar rayonlarında şəhər, qəsəbədaxili avtomobil yollarının təmir-tikintisi, müxtəlif sosial infrasturktur obyektlərinin tikintisi, həmçinin abadlıq işlərinin həyata keçirilməsi ilə məşğuldur.
AAYDA kimi dayağı olan “ATF” MMC son bir neçə ildə çoxlu sayda tenderin “qalibi” olmaqla milyonlarla manat dəyərində layihə icra edib.
2020-ci ilin məlumatına əsasən, şirkət Ağsu, Balakən, Kürdəmir və Mingəçevir şəhərlərində 5 layihəni icra edib. Bu layihələrin ümumi dəyəri 4 milyon manatı ötür.
Ümumilikdə, “ATF” MMC 2010-cu ildən bəri yerli icra qurumlarının elan etdiyi 65 tenderin “qalib”i olub. Tenderlərın çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.
Rəsmi məlumatların təhlili göstərir ki, tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu tenderlərin ümumi dəyəri 32 milyon manat təşkil edib. “ATF” MMC Göyçayda sadəcə yol çəkməyib. Şirkət həm də abadlıq işlərinin icrasını həyata keçirib, orta məktəb tikintisi aparıb və s.
Ümumiyyətlə isə “ATF” MMC-nin adının şəffaflığı şübhə doğuran bir çox tenderlərdə hallanması qurumla bağlı ciddi araşdırma aparılması zərurətini ortaya çıxarır. Ümid edirik ki, müvafiq qurumlar yazıda göstərilən faktları və hələ ictimaiyyətə bəlli olmayan digər nüansları araşdıraraq gərəkən addımları atacaq.
Bu məslənin bir tərəfi, digər tərəfini də araşdırma zamanı ortalığa qoymaq sənədlərə istinad etmklə ortalığa qoymaq olar. ki,