Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini Qərb varinatı üzrə imzalamağa hazırdır.
Ifadetv/com-un Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr Ermənistan hökumətinin başçısının sülh müqaviləsi variantları ilə bağlı fikrini dəyişdiyini iddia edir:
“Dünən hökumətin sual-cavab sessiyası zamanı Nikol Paşinyan bildirdi ki, Praqa razılaşmalarına əsaslanaraq sülh müqaviləsini (Azərbaycanla) imzalamağa hazırdır. Əslində, qeyri-adi heç nə yoxdur, çoxları bu müddət ərzində əmin idi ki, Paşinyan Qərb variantını imzalamağa meyllidir.
Bununla belə, Paşinyan ötən ilin noyabrın 16-da parlamentdə çıxışı zamanı Paşinyan Rusiyanın irəli sürdüyü variantı imzalamağa hazır olduğunu demişdi.
Belə çıxır ki, bu müddət ərzində ya nəsə dəyişib, ya da Paşinyan bir neçə ay əvvəl dediklərini unudub. Yeri gəlmişkən, Rusiya “Qarabağın statusu” məsələsini qeyri-müəyyən müddətə təxirə salmağı təklif edib, Praqa bəyanatında isə bu məsələ tamamilə yoxdur”.