Azərbaycan Respublikasının direktiv orqanları rəhbərlərinə və bir nüsxəsi də İfadetv.com İnformsiya Agentliyinin redaksiyasına
Oğuz rayonun Muxas kənd sakini Hümmət Musayev tərəfindən yaşadığı ərazidə son illər kütləvi surətdə qanunsuz qırılan meşə cinsli ağacların məhv edilməsinin qarşısının alınması barədə şikayət ərizəsi yazmışdır. Bu arada xatırlatmaq yerinə düşərdi ki, redaksiyamızın əməkdaşı Məmməd Əhmədoğlu da 2021-ci ilin martın 26-da şikayət edilən ərazidə ETSN əməkdaşları ilə birlikdə monitorinq aparmış və təkcə bir dolayd çoxsayı təzəcə kəsilmiş , lakin aparılmamış iridiametrli ağacların olduğu sənədləşdirlmişdir. O d məlum olmuşdur ki, meşə cinsli 70 ədəd ağacın qanunsuz kəsintisinə görə 1250 manat cərimə yazılmışdır. Məslənin təkrarən qaldırılması o anlama gəlinir ki, həmin ərazidə tam bir özbaşnalıqdır. Və yerli camaatın nifrətini qazanmış, uzun müddət qanunsuz kömür istehsalı ilə mşğul olaraq kəndin ekologiyasına ciddi ziyan vuran birisini ETSN-nin İnan resursları depertamenti tərəfindən birdən birə 8 meşəyə sahə rəisi təyin edilməsi də çox mətləblərdən xəbər verir. H.Musayevin göndərdiyi 39 ədəd kəsilmiş ağacların fotosundan da göründüyü kimi, onların hamısı yenicə kəsilmiş və hələ meşə quldurları tərəfindən daşınıb aparılmamışdır. Məslənin ictimai əhəmiyyət daşıdığını nəzərə alaraq şikayəti olduğu kimi təqdim edirik:
https://www.youtube.com/shorts/x8Gc7zz1Yjk
"2022-ci ilin son 3 ayı ərzində Muxas meşəsinin Daşağıl meşəbəyliyinin 8 saylı meşə dolayında, kəndin orta məktəbinin yanından dağın təpəsinə qədər olan ərazisindəki fıstıq, vələs və palıd cinsindən olan ( diametri 28-70 sm –li) ağclrdan təxminən 400-ə yaxını kəsilmişdir. Bunlardan 200-ə yaxın ağacı kəsilib yerində qalmışdır. ( fotolar təqdim edilir) qalanı isə naməlum istiqamətdə daşınmışdır.Bizim müraciətimizdən sonra Qəbələ Regional Meşə Təsərrüfatı mərkəzinin müdiri Ramin və ETSN-nin əməkdaşı olan Fizuli müəllimə ( mob. 055-950 53 13) bir neçə dəfə kəsilmiş ağacların fotolarını göndərməklə fakt üzrə şikayət etmişik. Nəticədə 1 ay əvvəl, aprelin ortalarında Regional müdir Ramin müəllim və işçiləri gəlib mənimlə birlikdə əraziyə qalxıb kəsilmiş və daşınmayan ağacları öz gözlərilə görmüşlər. Səhərisi gün isə Ramin müdir iclas etmiş və həmin sahənin meşə gözətçisi hesab ediləm Bənövşədən soruşmuşdur ki, sənin meşəndə kəsilmiş qanunsuz ağac varmı? O da cavab vermişdir ki, cəmi 15 ağac olub. Onun da məlumatını vermişəm. İdarə əməkdaşı Qocayev Arzu da gəlib sənədləşdirib. O zaman həmin sahədə kəsilən 260- qədər digər ağacları A.Qocayev niyə görməyib? Xatırladım ki. 2020-2021-ci illərdə həmin ərazilərdə cəmi 2000 ədəd ağac kəsilib. Ancaq heç bir ciddi tədbir görülməyib.
Məlumat üçün onu da bildirim ki, Oğuz rayon Daşağıl meşəbəyliyinin təzəcə təyin olunmuş sahə meşəbəyi Həbibullayev Namuş bu günədək uzun müddətdir ki. öz bağında kömür quyuları olmuş və qanunsuz kömür istehsal etmişdir. Yerli camaat bu adamı meşələri qanunsuz tələf edən. Ekologiyanı daima korlayan bir tip kimi tanıyırlar. Lakin belə birisini birdən birə 8 meşəyə nəzarətçi vəzifəsinə təyin etmişlər. Meşə gözətçisi Həkimova Bənövşənin oğlu isə Yuxarı Muxas adlanan ərazidə anasının qoruduğu meşə ərazisindən meşə materialları daşıyaraq kömür istehsalı ilə məşğul olur. Ona görə də xahiş edirəm məslənin ciddiliyini nəzərə alaraq lazımi tədbirlər görəsiniz.
İmza: Hümbət Musayev mob. 070- 601 9 01.
Tarix – 09 may 2022-ci il.
P.S. Adları şikayətdə hallanan vətəndaşlarıda mövqelərini işıqlandırmağa hazırıq.
Redaksiyamıza göndərilən videomaterialda kəsilib doğranmış palıd, vələs və fıstıq ağcları Daşağıl meşəbəyliyinin təkcə bir dərəsindədir və hazırda da burada tökülüb qalmqdadır. Çox təəssüflər olsun ki, kimsə təbiətimizə qarşı belə vəhşi münasibətə görə kimsə tədbir görməyə cürət etmir. Digər məlumata görə isə son iki ildə Dağaşıl meşəbəyliyində sahə rəisi olmuş Laçın rayonundan didərgin olmuş Elmdar adlı şəxs ETSN-dən aldığı 420 mnat əməkhaqqı ilə Oğuz şəhərində özünə 1 il ərzində iki yaşayış evi, qardaşına da kəndlərin birində möhtəşəm ev inşa etdirmişdir. Yəni nəticəyə gəlmək olur ki,təkcə Daşağıl meşəbəyliyinə aid 8 meşədə ağacların kütləvi surətdə qırılmasından əldə edilən yüksək qazancın bir hissəsinin haraya sərf edildiyini təxmin etmiş oluruq. Çünki, cənab Elmdarın qohumu olan Bəhruz Məhəmməd oğlu hazırda ETSN Dövlət Ekoloji Təhlükəsizlik İdarəsində rəis müavini vəzifəsində işləyir. Deməli, meşələrimizdə baş verən və verməkdə davam edən ekoloji cinayətlər bu kateqoriyalı vəzifəli şəxslərə şamil edilmirmiş. Vəssəlam.
İFADETV.COM
https://www.youtube.com/shorts/x8Gc7zz1Yjk
https://www.youtube.com/shorts/x8Gc7zz1Yjk