Son günlər Türkiyədə baş vermiş güclü zəlzələdən sonra belə bir fəlakətin süni və ya təbii olması müzakirələri bütün səviyyələrdə müzakirə olunmaqdadır. Adətən süni zəlzələrin, yəni atom silahlarının sınaqları zamanı ABŞ-ın Nevada ştatında və Sovetlər dönəmində Kazaxıstanın Semipalatinsk poliqonunda baş vermələrini dünya ictimaiyyəti həmişə susqunluqla seyr etmişdir. Yəni praktiki olaraq atom silahının yerin dərinliyində yerləşdirilməsi və işə salınması nəticəsində bu cür tektonik hadisələr baş vermiş və verməkdədir: “Bu silahı müəyyən bir dərinliyə yerləşdirmək də texniki baxımdan mümkündür. Bu kimi müzakirələrin aparılması təbiidir. Çünki cəmiyyətdə hər zaman belə şeylərə maraq olub.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz da yerli mediaya şərhində bildirib ki, sözügedən silahın ( zəlzələni süni yaradan) mövcudluğuyla bağlı heç bir məlumat yoxdur.
Bu suala bir azacıq aydınlıq gətirmək üçün yaxın tarixə nəzər salmaq kifayət edər. 1966-cı ildə Türkmənistanın paytaxtı Aşqabadda gecə baş vermiş güclü zəlzələ nəticəsində 120000 insan həyatını itirmişdir. Bu hadisədən əvvəl isə Sovet İttifaqı atom silahının gücünün artırılması istiqamətində yeni sınaqları atmosferdə həyata keçiridi. 1955-ci ildə Rusiyanın Orenburq vilayəti yaxınlığında açıq havada keçirilən növbəti nüvə sınağı zamanı ərazi yaxınlığına yerləşdirilmiş təxminən 5500 sovet əsgəri yanaraq kül olmuşdur. Bu hadisədən sonra Sovet hərbi rəhbərliyi nüvə sınaqlarını yerin təkində davam etdirməyi qərara almışdır. Və səhralıq hesab etdikləri Türkmənistan ərazisində 1966-cı ildə keçirilən növbəti yeraltı nüvə partlayışından sonra paytaxt Aşqabadda güclü zəlzələ baş vermişdir. Xatırladaq ki, Aşqabad şəhəri zəlzələ zonasına daxil deyildir və son 1000 illik tarixdə belə bir təbii fəlakətin burada baş verməsinə rast gəlinməmişdir.
Digər fakt ondan ibarətdir ki, Moskvanın Zelinoqrad şəhəri yaxınlığında 1977-1978-ci illərdə raket qoşunları bölməsində xidmət etmiş çavuş Tahir Məmmədov xatırladır ki, İranda Rza şah Pəhləvi dövründə Naxçıvandan Biləsuvara qədər sərhədd zonası yaxınlığında görünməməsi üçün torpaq altında yerləşdirilmiş ABŞ-a məxsus orta mənzilli raketlərin hamısının sıradan çıxarılması üçün Sovet İttifaqı 1978-ci ildə bu zonada təşkil etdiyi zəlzələ nəticəsində ABŞ-nın bütün raketləri yararsız hala salınmışdır. Təbii ki, nəticədə Cənubi Azərbaycanın bir sıra yaşayış məntəqələrində də ciddi dağıntılar müşahidə edilmişdir. Budur, indiki texnologiyanın inkişaf etdiyi bir zamanda tektonik silahın təkmilləşdirilməsi məsələsi də inkişaf etmiş ölkələr üçün problem hesab olunmur.
İfadetv.com-un araşdırma qrupu