Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini satıb.
İfadetv.com-un bilgisinə görə, Axar.az-a daxil olan məlumatda bildirilir ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat əldə edib.
Belə ki, Təchizatçı ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşir.
Torpaq sahəsinin ölçüsü təxminən 1.7 hektara yaxındır.
Ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib.
Təchizatçı ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib.
Qeyd edək ki, Təchizatçı ASC-nin qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyevdir. Əli Həsənov və onun xanımı Sona Vəliyevanın yaxın qohumu olan Azər və Fərmayıl Vəliyevlər PA-nın sabiq şöbə müdirinin biznes imperiyasını idarə edirlər.
“Təchizatçı” adı ilə ünvanı Heydər Əliyev-181 və Ziya Bünyadov-15 olmaqla, onlarla qurum qeydiyyatdan keçib.
Xatırladaq ki, Əli Həsənov 1991-1993-cü ilədək İrana metal qırıntıları tədarük edən "Məmmədəli" firmasında qapançı ( tərəzidə tonajları ölçən) vəzifəsində işləyib. Doğrudur, firma onun dədəsinin adına olsa da o bu firmada Moskva məzunu kimi hesablaya bildiyinə görə həmkəndliləri tərəfindən təyin edilmişdir. 1993-2019-cu illər ərzində isə o vəzifəsindən süi-istifadə edərək külli miqdarda mal mülk və pul sahibinə çevrilmişdir. Hətta 2015-ci il məşhur FETO hadisəsindən sonra Türkiyə MİT-nin geniş araşdırmalarından məlum olmuşdur ki, Əli Həsənov FETO təşkilatı ilə geniş bağlantıları olmuş, onları Bakıda geniş əl qol açmalarına yardım etmişdir. Lakin o da dəqiqləşmişdir ki, o siyasi xətt olaraq heç də Fətulla Gülən komandasının "ala gözünə, qara qaşlarına aşıq olub" yox, sadəcə bu işlərin təşkilinə görə çoxlu pul qazanmağına görə etdiyi müəyyənləşmişdir. Ona görə də onun izahatı alınaraq sərbəst buraxılmışdır. Bəs necə olur ki, dövlət məmuru bu gün Bakı şəhərində talançılıq yolu ilə əldə etdiyi əmlakları satışa çıxarıb pullarını xaricdəki oğlu Şahmara ötürməklə məşğuldur. Azərbaycan hüquq-mühafizə orqanlarından isə kimsə cürət edib soruşmur ki, ay Məmmədəlinin oğlu sən axı əynində köhnə pencəklə Bakıda yataqxanalarda sürünəndə milyardlara malik deyildin. Necə oldu, hansı bankı taladın ki, birdən birə dostun Vüqar Səfərli kimi milyardlara sahibləndin?
İfadetv.com