İNDİ MƏLUM OLUR Kİ, MTN CANİLƏRİNİN ƏMLAKLARI NİYƏ GERİ QAYTARILIR
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsində sensasion açıqlamar verib.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Hərbi Məhkəməsi tərəfindən “MTN İşi” çərçivəsində 8 il azadlıqdan məhrum edilən Sahib Ələkbərov ozünəq arşı ittihamları rədd edib.
O, məhkəmə çıxışında bəyan edib ki, baş verənlərə görə əsas məsuliyyət Baş Prokurorluğun sabiq rəhbərliyinin üzərindədir”
“Məndə Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. Əgər başına bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq.
Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm – otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər”.
Sabiq MTN polkovniki iddia edir ki, azadlıqdan məhrum edilməsi haqda Bakı Hərbi Məhkəməsində çıxarılmış hökm qanunsuz və əsassızdır. Onun sözlərinə görə, MTN-də müstəntiq işlədiyi müddətdə nə kimsədən hədə-qorxu ilə pul tələb edib, nə də alıb: “Baş Prokurorluğun İstintaq İdarəsində onun, eləcə də birlikdə mühakimə olunduğu MTN İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev, şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov haqqında istintaq ziddiyyətlərlə doludur, heç bir mötəbər sübut yoxdur.
Sahib Ələkbərov deyir ki, ona qarşı irəli sürülmüş ittihamlar qanunauyğun şəkildə sübuta yetirilsə, cəzasını çəkməyə hazırdır. Lakin törətmədiyi cinayətə görə verilən cəza ilə barışmaq niyyətində deyil: “Dəfələrlə sui-qəsdə məruz qalmışam. Məndə olan məlumatları, səs yazılarını etibarlı yerdə saxlayıram. Xəbərdarlıq edirəm – danışdıqlarımdan da yüz qat artığını səsli formada yazıb qoymuşam, etibarlı yerdə saxlayıram. Başıma bir iş gəlsə, meyitimi susdura bilməyəcəklər. Onda çox papaqlar boş qalacaq, rütbəsindən, mərtəbəsindən, vəzifəsindən asılı olmayaraq. Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edənlərə xəbərdarlıq edirəm…”
Elmar Elnuroğlu
Gununsesi.info