BAŞ VERMİŞ İNSİDENTLƏ BAĞLI VİDEOMAterial İCTİMAİYYƏTƏ TƏQDİM OLUNSA ÇOX MƏSƏLƏ AYDIN OLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin ötən gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletenə münasibət bildirib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, Rusiya MN-in faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb:
“Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.