Beyləqanda qanunsuz tikililər davam edir. İcra başçısı rayonun mərkəzi küçələrində qeyri-qanuni tikililərə "xeyir-dua" verib. DİA.AZ bildirir ki, bu məsələ ilə bağlı etirazını ifadə edən tanınmış jurnalist Ramin Məhəmmədoğlu ilginc bir məqamı da açıqlayıb:
"Nə əcəbdirsə, həmin qanunsuz tikililər qeyri iş və bayram günlərinə təsadüf edir. İcra hakimiyyətindəki mənbəmiz iddia edir ki, icra başçısı son 2 ildə qanunsuz tikililərdən kifayət qədər gəlir əldə edib.
Qeyd edim ki, Asif Ağayevin "xeyir-duası" ilə tikilən qanunsuz obyektlərlə bağlı apardığımız araşdırmalar yekunlaşıb, həmin obyektlərlə bağlı yazı dərc etməklə, aidiyyəti üzrə qurumlara müraciətlər hazırlanır.
Onu də qeyd edim ki, 10 gün əvvəl Beyləqan rayonunda müşahidə etdiyimiz çoxsaylı qanunsuz inşa edilən qeyri-yaşayış obyektlərinin monitorinqinin aparılması barədə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərizə ilə müraciət etmişik".
İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....