DİA. AZ: - "Altıağac Milli Parkındakı Reabilitasiya Mərkəzi zooparkdan da betərdir. Bir neçə ayını bir qəfəsə yığıblar, bütün günü stres içindədirlər". DİA.AZ-a bu barədə "ecofront" fəalı Zülfü Fərəcli məlumat verib.
"Onların təbiətə buraxılması üçün heç bir addım atılmır" deyən ekofəal etirazını daha sonra belə ifadə edib:
"Vəhşi heyvanların reabilitasiyası zamanı xüsusi addımlar atılmalıdır. Ordakı ayıların demək olar hamısı bala vaxtı təbiətdən oğurlanmış, xəstə və ya insana alışmış ayılardır. Buraxsalar da sağ qalma şansları azdır, insanlara üz tutacaqlar. Bütün bunlar azmış kimi ayıların sayı da artmağa davam edir. Hələ bunu utanmadan yaxşı birşeymiş kimi təqdim edirlər. Ümid edirik o dişi ayını dərhal digərlərindən ayırıblar (hətta dişi ayılar balalama vaxtı digər ayıların qoxusunu belə hiss edən kimi yuvasını dəyişəm canlıdır). Vəhşi təbiətin reabilitasiyası ölkəmizdə illərdir ki, ciddi problem olaraq qalır. ETSN-in reabilitasiya mərkəzi ən yaxşı halda köhnə zooparkı xatırladır. Quşların saxlandığı qəfəslər isə daha bərbad vəziyyətdədir (balaca, zəmini taxta). Ümumiyyətlə isə nazirlik heyvanlara qida təmin etmir, işçilər öz hesabına yem tapır".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...