RUS FAŞİSTLƏRİ SƏRHƏDDƏ TƏXRİBATLAR TÖRƏTSƏ DƏ...
Xəbər verildiyi kimi, mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşü baş tutacaq. İfadetv.com JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Azərbaycan tərəfi görüşə tam hazır olduğunu bəyan edib.
Ermənistan mediası isə Nikol Paşinyanın Brüsselə getməkdən çəkindiyini iddia edib. “İravunk” qəzeti yazır ki, həmin görüşdə Bakı və İrəvan arasında konkret sənədin yekun müzakirəsi keçiriləcək. “Brüseeldə Paşinyanla Əliyev arasında konkret sənəd ətrafında yekun razılığa dair sondan əvvəlki görüş olacaq. Ən azı iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda planlaşdırılan görüş zamanı sənədi imzalamaq istəyirlər”.
Qəzet daha sonra Paşinyanın qorxusu barədə yazıb. “Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyanın Brüssel görüşü öncəsi, ilk növbədə diasporla bağlı müəyyən qorxuları var. İstər Nikol Paşinyan, istərsə də diasporla iş üzrə baş komissarı Zareh Sinanyan səviyyəsində diaspor nümayəndələri ilə son təmaslar göstərdi ki, bundan sonra heç kim susmayacaq və dözməyəcək. Paşinyanın Brüsselə Azərbaycanla sülh bağlamaq məqəsdi ilə səfəri, əlbəttə ki, diasporadan yan keçməyəcək və sürprizlər az olmayacaq”.