Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad edilib.
İfadetv.com apa-ya istinadən xəbər verir ki, mayor Şəhmir Uluxanov sərəncama götürülüb.
Qeyd edək ki, Ş.Uluxanov 2019-cu ul martın 30-da bu vəzifəyə təyin olunub. Aradan keçən 4 ildən çox müddətdə Ş.Uluxanovun rütbəsi belə artmayıb.
Bu gün isə vəzifədən azad edilsə də, yeni vəzifə almayıb.
Xatırladaq ki, Şəhmirin doğma dayısı cənab "Mamedov" 23 il Şəki DYP nə rəhbərlik etmişdir. Və bacısıoğlu da 2005-ci ildən sonra polis çavuş kimi Şəki DYP-da bir müdət işləmişdir. Verilən məlumata görə 2006-cı ildə Balakən rayonunda təşkil edilmiş toyuna gedərkən cənab Şəhmir Uluxanov Zaqatala magistralnda toyuna tələsərkən qəza törətmişdir. Nəticədə vurduğu qadın dünyasını dəyişmişdir. Törətdiyi ağır yol qəzasına görə onu Şəki DYP-dan kənarlaşdırmışlar. Sonradan yenidən DİO -ya cəlb edilmiş və son təyinatınadək Balakən rayon DYP-da inzibatçı inspektor vəzifəsində işləmişdir. Uluxanov Şəkidə işlədiyi müddətdə sürücülər arasında çoxsaylı narazılıqlar yaratmışdır. Cənab nazirin son əmrinə görə Şəki sürücülərini təbrik edirik.
İfadetv.com