Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluya qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb.
İfadetv.com xəbər verir ki, o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib. O qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.
Bəli, uzun illərdir ki, qardaş Türkiyəyə arxadan zərbə vuran, dövlətçiliyinə xəyanət edən FETO təşkilatı ağır zərbə alsa da, onun Azərbaycandakı "qanadı" indiyədək özlərini sudakı "balıq" kimi hiss edirdilr. Əsasən də elm, təhsil, mədniyyət, mətbuat sahələrində özlərinə paytaxt Bakıda yetərincə "nurçular" adı altında fəaliyyət üçün şərait qurmağa müvəffəq olmuşlat. Türkiyədən olan mənbənin verdiyi məlumatda bildirlir ki, prezident İlham Əliyevin köməkçisi olmuş Əli Həsənov vəzifədən çıxarıldıqdan sonra Türkiyədəki biznesini idarə etmək üçün bu ölkəyə səfərizamanı MİT ( Mili İstiqbalat Teşkilatı) tərəfindən qısa müddətli şübhəli şəxs qismində saxlanılmışdır. Saxlanma səbəbi isə bu olmuşdur ki, məhz bu adamın köməkliyi sayəsində FETO Azərbaycanda qol qanad açmış, sərbəst fəaliyyət göstərmişdir. Dəqiq araşdırmalardan sonra isə məlum olmuşdur ki, Əli Həsənov sadəcə FETO çulara istədikləri dərnəyi, təşkilatı, qəzeyi və s. açılması üçün aldığı rüşvətlər müqabilində onlara gen bol şərait yaratmışdır. Əslində isə bir şəxs, bir məmur olaraq Azərbaycandakı FETO şəbəkəsi ilə heç bir şəxsi ilişciləri, dostluq münasibətləri olmamış, onlara maddi yardımlar göstərməmişdir. Bu araşdırmalardan sonra Əli Həsənov sərbəst buraxılmışdır. Hesab edirik ki, FETO-nun Azərbaycanda inkişafına maddi maraqları təmin olunmaqla göstərdiyi dəstəyə görə cənab Əli Həsənov da sorğu suala tutulmalı, bəzi incə məqamlara aydınlıq gətirilməlidir. Bəlkə bu adam erməni təşkilatlarına da, PKK terrorçu qruplarına da Azərbaycanda fəaliyyəti üçün şəxsi maraqları təmin edilməklə vəzifəsindən süi-istifadə etməklə çoxsaylı köməklik göstərib? Belə olmasaydı oğlu Şamxal evindəki köpəyinin təkcə yeməyinə 3000 ABŞ dolları xərcləyə bilməzdi.
İFADETV.COM