Gununsesi.info-nun xəbərinə görə, deputat Azərbaycanda adam öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının müdafiəsinə qalxıb. Bununla belə, onun siyasi məhbuslarla bağlı dedikləri isə birmənalı qarşılanmayıb:
“Rəşad Dağlı adam öldürüb. Onu bağışlamaq olar. Ancaq siyasi məhbusları heç vaxt bağışlamaq olmaz. Çünki onlar dövlətə qarşı çıxıb”.
Uzun illər Milli Məclisin üzvü olan bir adamın belə bir sərsəm açıqlama verməsi qınanmalıdır.
Cavanşir Paşazadə 20 ildir ki, “millət vəkili” statusunu daşımasına baxmayaraq, hələ də “siyasi məhbus” anlayışının nə olduğunu bilmir.
Onu dərk etməyən deputatın nəzərinə çatdırırıq ki, “siyasi məhbus” cinayət törətməyən, ancaq həbs edilən adamlara deyilir.
“Siyasi məhbus”un kriterini beynəlxalq insan haqları təşkilatları çoxdan müəyyənləşdirib.
Görünür, başı biznesə qarışan deputat siyasətlə məşğul omağa vaxt tapmayıb.
Pərviz
Gununsesi.info