Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Dünyamalının oğlu Siyavuş bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik:
“Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.
P.S. Dünyamalının oğlu Siyavuş deputat olduğuu dönəmdə geniş biznes şəbəkəsi yaratdığı barədə çoxlaının xəbəri vatdır. Ona görə də elə hesab edir ki, ünvanlı sosial yardıma da xalqımızın ehtiyacı yox imiş.Bəli, toxun acdan xəbəri olmadığı kimi, Dünyamalının oğlunun da Bakının mərkəzi küçələrində gecələr əlində fanarla zibil qutularını eşələyən insanlarımızdan xəbəri olmasın.
İfadetv.com