Hurriyyet.az xəbər verir ki, Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Armen Xaçatryan Ermənistanın Azərbaycanla sülh müqaviləsini Rusiyada imzalamayacağını bildirib.
Deputat deyib: “Rusiyanın bütün təminatları 2020-ci il noyabrın 9-dan sonra yox oldu. Ermənistan eyni səhvi ikinci dəfə təkrarlamayacaq. Azərbaycanla sülh müqaviləsi Rusiyada imzalanmayacaq. Sülh müqaviləsi bir sıra Qərb dövlətlərinin təminatı altında imzalanacaq”.
Hürr Tərcüman