Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son bəyanatında maraqlı ifadə səsləndirib.
Gununsesi.info-nun rus mediasına istinadən xəbərinə görə, Zaxarova Azərbaycan və Ermənistan arasında sülh sazişinin baş tutmamasını dolayısı yolla rəsmi Moskvanın istəyi ilə əlaqələndirib:
“İrəvanın Qərbə kor-koranə ümid etməsi iflasa uğradı. Bunu görməmək mümkün deyil. Sülh müqaviləsi ilə bağlı danışıqlara dair mövcud duruma baxanda da bunu görmək olar. Proses hələ də dondurulub”.