"Hörmətli media mənsubları, son günlər durumunu narahatlıqla izlədiyimiz dostumuz, xalqımızın sevdiyi və ehtiram bəslədiyi tanınmış ziyalı Vurğun Əyyubun səhhəti pisləşsə də o yaşamaq eşqi ilə düçar olduğu ağır xəstəliklə mübarizəsini davam etdirir".
Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib. O, toplumu V.Əyyubun ailəsinə dəstək olmağa çağırıb:
"Bu ağır durumda hər birimizin ictimai məsuliyyəti Vurğun bəyə və ailəsinə mənəvi dəstək olmaqdır. Lakin, bəzi jurnalistlər bu məsələyə münasibətdə fərqli yol tutur, xəbər yarışına çıxaraq dəqiqləşdirilməmiş məlumatlar yayır, qeyri-səhih informasiyalar dərc edir. Odur ki, sizlərdən xahiş edirəm ki, nəzərə alasınız ki, Vurğun bəyin vəfatı ilə bağlı yalan məlumatların dərci onun ailəsinin narahatlığını daha da artırır, ailəyə, yaxınlara və dostlara əlavə mənəvi və fiziki əziyyət verir.
Sizin və ictimaiyyətin də Vurğun bəyə olan sevgisini və nigarançılığını nəzərə alıb, əlavə məlumat verəcəyik.
Vurğun Əyyubun dualarınıza ehtiyacı vardır, duanızı əsirgəməyin. Vurğun bəyə şəfa diləyirəm!"