“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Boris Nadejdin Mərkəzi Seçki Komissiyasının(MSK) onu Rusiya prezidentliyinə namizəd kimi qeydə almaqdan və seçkilərdə iştirakına icazə verməkdən imtina etməsini şərh edərək, bunu “gözlənilən qərar” adlandırıb. O, əlavə edib ki, MSK-nın qərarından Ali Məhkəməyə şikayət edəcək.
Siyasətçi öz “Telegram” kanalında yazıb ki, o, MSK-ya imzaların etibarsız sayılması ilə bağlı seçki komissiyasının işçi qrupunun rəyinə etirazını göndərib.
Nadejdin onu dəstəkləyənlərə “Sizdən təslim olmamağınızı xahiş edirəm”, - deyə müraciət də edib.
MSK-dan bu qərar onunla izah olunub ki, Nadejdini dəstəkləmək üçün toplanılan 9147 imza etibarsız hesab edilib.
MSK-nın belə bir qərar verəcəyi gözlənilən idi. Boris Nadejdin açıq şəkildə Ukraynadakı müharibənin əleyhinə çıxdığından sürətlə populyarlıq qazanırdı. Putinin riskə getməyəcəyi məlum idi....
"AzPolitika.info"