SAKİNLƏRİN TƏLƏBİ- "AZƏRİŞIQ" ASC ƏMƏKDAŞLARININ qanunsuz SATDIQLARI YENİ TRANSFORMATOR YERİNƏ QOYULMALIDIR
Şəki rayonun Baş Göynük kəndində yaşayan Həmidov Məmməd Əhməd oğlu tərəfindən “Azərişıq” ASC- tərəfindən Şəki rayonun Baş Göynük və Aşağı Göynük kəndlərində aparılan elektrik şəbəkəsinin yenidən qurulması işində yol verilmiş ciddi maliyyə pozuntuları” barədə dövlət başçısına və aidiyyatı üzrə qrum rəhbərlərinə və İfadetv.com-un redaksiyasına müraciət daxil olmuşdur.Qeyd edək ki, M.Həmidov həm də bizim İnformasiya Agentliyinin əməkdaşıdır. Məsələnin dövlət və ictimai əhəmiyyətini nəzərə alaraq müraciəti olduğu kimi 1 may tarixli sayımızda "AZƏRİŞIQ" ASC-nin ŞİMAL-QƏRB RETSİ-də baş verən MALİYYƏ MAXENASİYALARI SONDA FACİƏ İLƏ SONUCLANA BİLƏR” başlıqla dəyərli oxucularımıza təqdim etmişdik.
Əməkdaşımızın müraciətini bir daha yada salmaqla “Azərişıq”ASC-nin səlahiyyətliləri tərəfindən Ombudsman Aparatına və redaksiyamıza yazılan əsassız söz yığınından ibarət formal cavabları da təqdim etmək istəyirik:
"Xatırladım ki, 2021-ci ildə “Azərişıq”ASC tərəfindən yenidənqurma işləri çərçivəsində 70 abonenti olan Şəki rayonun Balyanı kəndində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 8 km-a yaxın 10 kV-luq, 4 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib. O cümlədən 45 abonenti olan Aşağı Göynük kəndin də eyni qayda ilə elektrik xətlərinin, dirəklərinin yenidənqurulması prosesi yekunlaşsa da, nəzərdə tutulan 400 kv-lik gücə malik elektrik transformatoru yenilənməmiş, 50 il əvvəl qoyulmuş köhnəsinin üst hissəsi rənglənərək yenidən istifadəyə verilmişdir. Aşağı Göynük Baş Göynük yolunun 1-ci km-də yerləşən bu transformatorun ətrafı açıq olduğundan yerli sakinlər və onların mal qarası üçün real təhlükə mənbəyi hesab olunur.
Elektrik şəbəkəsi 2021-ci ildə yenidən qurulan digər kənd isə Şəkinin qədim Baş Göynük kəndidir. Təxminən 1500 abonenti olan doğma kəndimizdə yenidənqurma işlərindən sonra 10-12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14 km-a yaxın 10 kV-luq, 37 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənsə də 1981-ci ilin dekabr ayında 10000 voltluq elektrik xətlərini birləşdirən taxta-şalban materialdan hazırlanan elektrik dirəklərinin heç birisi beton və yaxud dəmir boru dirəklərlə əvəzlənməmişdir. Standartlara görə hər 25 ildən bir dəyişilməli olan şalban dirəkləri tam yarasız hala düşmüş və yıxılmaq üzrədirlər. Buna baxmayaraq kəndimizdə elektrik şəbəkəsinin yenidən qurulması zamanı sənədləşmələrdə bu dirəklər yenisilə “ƏVƏZLƏNSƏ” də köhnələr indi də yerində qalmışdır. Ən təhlükəlisi isə budur ki, “kabelləşmə” zamanı yeni elektrik xəttlərinin köhnə ağac dirəklərdən quraşdırılması zamanı yüklərin ağırlığından bu yarasız dirəklərdə əyilmələr və deformasiyalar əmələ gəlmişdir.
1981-ci ildən istifadəyə verilmiş və tam yarasız hala düşən ağac dirəklər. Dirəyin üstündə 10000 V-luq gərginlikli xəttlər keçir, alt hissədə isə kabelli xəttləri asıblar.
Hər hansı güclü külək zamanı bu dirəklərin aşması nəticəsində 10000 voltluq elektrik cərəyanı olan xəttlərin evlərin və ya sakinlərin üzərinə aşması təhlükəsi hazırda qalmaqdadır. Belə yarasız vəziyyətə düşmüş şalban dirəklərin kənddə olan sayı 70-ə yaxındır. Verilən məlumata görə vaxtı keşmiş şalbanlar sənəd üzrə yenisilə əvəz edilmişdir. Yəni, köhnələrin çıxarılması, yeni dirəklərin basdırılması, elektrik xəttlərinin yenidən quraşdırılması və s. xidməti işlərin görülməsi üçün dövlət büdcəsindən külli-miqdarda vəsait sənəd üzrə mənimsənilmişdir.
Xatırladaq ki, yenilənmə zamanı Baş Göynük kəndində abonentlərin sayğacları da dəyişdirilməmişdir.
Araşdırma zamanı məlum olmuşdur ki, elektrik şəbəkəsinin yenidən qurulması ilə əlaqədar investisiya layihəsi həyata keçirilən hər iki kənddə kobud qanunpozuntusu hallarına yol verilmişdir. Yerli elektrik şəbəkə işçisi etiraf etmişdir ki, istər Aşağı Göynük kəndindəki transformator, istərsə də Baş Göynük kəndini əhatə edən elektrik dirəklərinin hamısı yenilənməli idi. Göründüyü kimi “Azərişıq” ASC tərəfindən həyata keçirilən işlər zamanı rəhbərliyin yol verdiyi korrupsiya faktlarının nəticəsi olaraq biz kənd sakinlərinin həyatları daima təhlükə altında qalmışdır. Budur, 13 mart 2023-cü il tarixli şikayətimizdən sonar, “Azərişıq” ASC-nin Şəki Elektrik Paylayıcı Şəbəkəsi rəhbərliyi qaldırılan problemlərin aradan qaldırılması üçün tədbirlər görmək əvəzinə, daha da “İRƏLİ” gedərək Baş Göynük kəndinin girəcək hissəsində, “Nar topu” adlanan yerdə 5-6 il əvvəl quraşdırılmış 400 kv-a-lıq yeni model transformatoru açıb naməlum istiqamətdə aparmışlar. Yerli sakinlərin etirazına da məhəl qoyulmamışdır. Sakinlər məsələni yerli İcra nümayəndəliyinin nəzərinə çatdırmışlar ki, təcili tədbirlər görülsün. Şəki EPŞ-nin işçiləri isə etiraz edən sakinlərə bildirmişlər ki, “Sizə nə lazımdır? İşığın evdə yanması, digər transformatora qoşulub, probleminiz olmyacaq.” Bəli, onlar 70-ə yaxın abonentin elektrik təchizatının digər köhnə (xəstəxanaya aid olantransformatora) yükləməklə işlərini bitmiş hesab etmişlər.
Baş Göynük kəndində "Azərişıq" ASC əməkdaşlarının söküb fiziki şəxsə satdıqları yeni 0.4 kv-lıq transformatorun yeri
Və çox güman ki, kəndimizin sakinləri üçün nəzərdə tutyulan yeni model transformatoru da göbələk kimi yaranmaqda olan aqroparkların elektrik təchizatı üçün qanunsuz olaraq aparıb özəl şəxslərə satmışlar. (foto və video əlavə olunur) Biz sakinlər onu da bildirmişik ki, vaxtilə, təxminən 20 il əvvəl məhəllə camaatının hər bi rev üzrə 50 manat olmaqla alıb qoyduğumuz Sovet modelli transformatoru geri qaytarıb yerinə qoysunlar. Bu tələb də qulaqardına vuruldu. Yəni, görünən budur ki, “Azərişıq” ASC sistemində tam özbaşnalıq və korrupsiya tüğyan edir. Və nə qədər ki, kürümüş elektrik taxta-şalbanları biz sakinlərin başına düşüb faciə baş verməyib, təcili tədbirlərin görülməsi təxirəsalınmaz məsələdir.
Məsələyə rəsmi “Azərişıq” ASC tərəfindən Ombudsman Aparatının sorğusuna cavab olaraq 11 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilir:
“Şəki rayonunun Baş Göynük və Aşağı Göynük kəndlərində “Azərişıq” ASC
tərəfindən yenidənqurma işlərinin düzgün aparılmamasından narazı qalmağınız haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) etdiyiniz müraciətlə bağlı “Azərişıq” ASC-yə sorğu verilmişdir.
Verilmiş cavabda bildirilmişdir ki, “Azərişıq” ASC tərəfindən regionlarda 6-10-0,4 kVluq
şəbəkənin yenidən qurulması ilə əlaqədar aparılan işlər çərçivəsində (istismara
yararsız dayaq və naqillərin yeniləri ilə əvəz olunması, həyətyanı sahələrdə yerləşən
dayaqların çıxarılması, 0,4 kV-luq elektrik verilişi xətlərinin yeni ÖİN tipli kabel xətləri ilə
əvəz olunması, yeni komplekt transformator məntəqələrinin quraşdırılması, yeni güc
mərkəzlərinin yaradılması, mövcud sayğacların yeni, tam elektron və “SMART-Kart” tipli
sayğaclarla əvəz olunması və s.) qeyd edilən ərazilərdə də yenidənqurma işləri həyata
keçirilmiş, həmin ərazilərin bəzi hissələrində mövcud istismara yararlı avadanlıqlardan
(əsaslı şəkildə təmir olunaraq ətrafı çəpərlənmiş komplekt transformator məntəqələrinin və istismara yararlı normal dayaq) istifadə edilmişdir. Həmin işlər şəbəkənin daxili imkanları hesabına aparılmış, bundan sonra yaşayış məntəqələrinin digər hissəsi podratçı təşkilat tərəfindən yenidən qurulmuşdur.
Əlavə olaraq bildirilmişdir ki, aparılan yenidənqurma işləri çərçivəsində qeyd edilən
ərazilərdə yerləşən mövcud istismara yararlı avadanlıqların yeniləri ilə əvəz olunması
mərhələli şəkildə həyata keçiriləcəkdir. “
Xatırladaq ki, “Azərişıq”ASC-nin Texniki Depertamentinin direktoru Vüsal Qənbərovun Ombudsman Aparatının sorğusuna əsasən göndərdiyi cavab məktubu 24 may 2023-cü il tarixlə Məmməd Həmidova da göndərmişdir.
Vətəndaşın müraciəti ilə formal yazılan rəsmi cavab arasında fərq çox böyükdür.
Məsələn, cavabın bu hissəsində - (“Azərişıq” ASC tərəfindən regionlarda 6-10-0,4 kVluq şəbəkənin yenidən qurulması ilə əlaqədar aparılan işlər çərçivəsində (istismara
yararsız dayaq və naqillərin yeniləri ilə əvəz olunması, həyətyanı sahələrdə yerləşən
dayaqların çıxarılması, 0,4 kV-luq elektrik verilişi xətlərinin yeni ÖİN tipli kabel xətləri ilə
əvəz olunması, yeni komplekt transformator məntəqələrinin quraşdırılması, yeni güc
mərkəzlərinin yaradılması, mövcud sayğacların yeni, tam elektron və “SMART-Kart” tipli
sayğaclarla əvəz olunması və s.) yalnız 0.4 kV-luq elektrik xəttlərinin yeni ÖNİ tipli kabel xətləri ilə əvəz olunmuşdur cümləsi doğrudur. Qalan məlumatlar əsassızdır. Əvvəldən istismar olunan 0.4 kV-lıq mis materialdan olan elektrik xəttləri isə anbara deyil, qara bazarada satılaraq pulu mənimsənilmişdir.
Rəsmi məktubda qeyd edilir: “qeyd edilən ərazilərdə də yenidənqurma işləri həyata keçirilmiş, həmin ərazilərin bəzi hissələrində mövcud istismara yararlı avadanlıqlardan (əsaslı şəkildə təmir olunaraq ətrafı çəpərlənmiş komplekt transformator məntəqələrinin və istismara yararlı normal dayaq) istifadə edilmişdir.”
Köhnə transformatorların yalnız xarici hissəsi rənglənmiş, ətrafı isə çəpərlənməmişdir. ( A.Göynük kəndi)
Qeyd edək ki, Sovet dönəmindən qalma və Aşağı Göynük kəndi ərazisində yerləşən 2 ədəd transformator bizim dəflərlə yazdıqlarımızdan sonra kənarı yüngülvarı dəmir məftillə çəpərlənmişdir. Və "Azərişıq" ASC-nin Texniki Depoertament rəisi, A. Paşazadənin qohumu olan Vüsal Qənbərli yerli prokuror cənab Mehman Xankişiyevə, Ombudsman APARATININ SƏDRİ XANIM S.Əliyevaya və o cümlədən redaksiyamıza yazdığı 2-ci cavab məktubunda xüsusi olaraq daxili imkanlar hesabına bu böyük "İŞİN" görüldüyünü vurğulamışdır. Sağ olsun ki, 1 səhifəlik məktubunda bir cümlə doğru məlumat yazıb. Qalan əsas məlumatların hamısı yalandır və heç bir faktiki tədbir görülməmişdir. Belə ki, iyulun 23-də həmin kənddən Bakıya qayıdan əməkdaşımız buir daha vurğulamışdır ki, !"Azərişıq" ASC əməkdaşlarının oğurlayıb kənar fiziki şəxsə satdıqları böyük ölçülü və 25o abonenti təchiz edəcək yeni transformator ( dövlət əmlakı) dəyərindən aşağı qiymətə, dədlərinin malı kimi satılmış və pulları mənimsənilmişdir. Və çox təssüflər olsun ki, dəflərlə dövlət əmlaklarının qanunsuz satılmasından əldə edilən gəlirlərin mənimsənilməsi faktının yerində yoxlanılması və hüquqi qiymətin verilməsilə bağlı yuxarı prokurorluq orqanlarına göndərdiyimiz rəsmi məlumatlara cavab olaraq Baş Prokurorluq iki dəfə Şəki rayon prokuroru cənab Mehman Xankişiyevə rəsmi məktub göndərmişdir ki, yazılanları yerində araşdırsın. Lakin çox təssüflər olsun ki, cənab prokuror M.xankişiyev nə bizə, nə də tabe olduğu Baş Prokuroluğa araşdırmanın nəticəsi barədə cava yazır. Baxmayaraq ki, 3 aydan çox vaxt da keçmişdir. Ümid edirik ki, Şəki rayon prokuroru nəhayət özündə cəsarət tapıb üzdə olan dövlət əmlakını mənimsəmiş, talamış cinayətkarlar barəsində cinayət işinin başlanması barədə QƏRAR qəbul edəcəkdir.
Cavab olaraq bildirirk ki, mövcud istismara yararlı avadanlıqlar – transformatorlar təmir olunmamış, yağı reallıqda dəyişdirlməmiş, çoxunun da ətrafı çəpərlənməmişdir. Yalnız, kəndin mərkəzi hissəsindəki “Selmax” adlanan ərazidəki köhnə transformatora Hüseynov Yamənin inəyi 2022-ci ildə cərəyan vurub öldürdükdən sonra, sakinlər tərəfindən adi dəmir setka ilə izolə edilmişdir. Qaldırlan problemlərin- yarasız dayaqların dəyişdirlməsi, “Azərişıq” ASC əməkdaşları tərəfindən “Nar topu” adlanan ərazidə 4 il əvvəl quraşdırlmış 4 kv-lıq və 230 abonentə xidmət göstərmək gücündə olan yeni 100 min manat dəyəri olan transformator isə məhəllə sakinlərinin etirazlarına baxmayaraq sökülərək kənar fiziki şəxsə qanunsuz satılaraq mənimsənilmişdir. Və camaatın da tələbi budur ki, yeni transformator necə oğurlanıb aparılıb satılıbsa, eləcə də gətirilib yerinə qoyulsun. Son məlumata görə hələlik 31 may 2023-cü il tarixindək nə kəndin 64 ədəd tam yarasız elektrik dayaqları dəyişilmiş, köhnə transformatorların yağları dəyişməmiş, oğurlanıb satılan yeni 0.4 Kv-lıq transformator isə söküldüyü yerə gətirilib qoyulmamışdır. Bir sözlə, bu günümüzün reallığı sübut edir ki, “Azərişıq” ASC-nin Texniki Depertamentin direktoru cənab Vüsal Qənbərov Şimal –Qərb REŞ-də təkcə bir kənd üzrə baş vermiş cinayətləri ört basdır etməklə həm Ombudsman Aparatına, həm də bizə rəsmi yalan məlumat verir.
Biz redaksiya olaraq ərazidə törədilən iqtisadi cinayətlərin hərtərəfli araşdırlması üçün aidiyyatı üzrə hüquq –mühafizə orqanlarına bir daha müraciət edirik ki, baş vermiş və verməkdə davam edən cinayətlə bağlı qanunamüvafiq formada tədbirlər görsün, qanunsuz oğurlanaraq satılmış 4 KV-lıq yeni model transformator vətəndaşların istifadəsinə verilsin. izi izləyin...
Qarşı tərflərin söz haqqı tanınır.
İfadetv.com-un araşdırma qrupu