AŞ PA -nın sessiyasında Rusiya həbsxanasında müəmmalı şəkildə ölən müxalif lider Aleksey Navalnı ilə bağlı müzakirə aparılıb.
Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının verdiyi məlumata görə, AŞ PA üzvləri Navalnının ölümünə görə Rusiya dövlətinin tam məsuliyyət daşıdığını bəyan edib.
Çıxış edənlərin əksəriyyəti Avropa ölkələrini Vladimir Putinin “totalitar rejimi”nə qarşı prinsipial və bir sıra genişmiqyaslı tədbirlər görməyə çağırıb.
Emanuelis Zingerisin (Litva, EPP/CD) hesabatına əsaslanan qətnaməni yekdilliklə qəbul edən Assambleya bildirib ki, Vladimir Putinin hakimiyyəti altında Rusiya “demokratiyaya qarşı müharibə” aparan de-fakto diktaturaya çevrilib.
Hesabatda deyilir ki, hər yerdə mövcud olan təhlükəsizlik aparatı, cəmiyyətin kütləvi şəkildə izlənilməsi və dinc etirazlara qarşı amansız repressiya “Rusiya Federasiyasını Assambleyanın hesab etdiyi totalitar dövlətə çevirib, onun iş rejimi cinayət təşkilatına bənzəyir”.
Sessiyada qəbul olunan sənəddə Aİ və digər dövlətləri Aleksey Navalnının təqibinə, pis rəftarına və ölümünə görə bilavasitə məsuliyyət daşıyan şəxsləri “Navalnı siyahısı”nda göründükləri üçün sanksiya verməyə çağırıb.
Bundan başqa AŞ PA Vladimir Putini Rusiyanın legitim prezidenti kimi tanımaqdan imtina etdiyini bəyan edib və beynəlxalq ictimaiyyəti humanitar məqsədlər və ya sülhə nail olmaqdan başqa onunla bütün əlaqəni dayandırmağa çağırıb.
Pərviz Həşimli