VƏ YAXUD, "PEŞƏKAR NATİQ" DEPUTATIMIZIN MƏCLİSDƏKİ ÇIXIŞI İLƏ ŞVABE HAQQINDA DEDİKLƏRİ NECƏ DƏ BİR BİRİNƏ UYĞUN GƏLİR?
Vüqar İSKƏNDƏROV, millət vəkili
Frank Şvabe erməni ağalarının tapşırıqlarını yerinə yetirmək üçün dəridən qabıqdan çıxır
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, həmçinin ötən il lokal xartakterli antiterror tədbiləri nəticəsində bütün ərazilərimizdə dövlət suverenliyinin bərpa edilməsi dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi dərin kədərə qərq edib. Və onlar bu kədərlərini, məğlubiyyət acılarını söndürmək üçün bütün gücləri ilə Azərbaycana diş qıcıyır, dağıdıcı, yırtıcı xisləti ilə bütün tribunlardan bizə qarşı hücuma keçməyə çalışırlar.
Çalışırlar ona görə deyirik ki, bu yırtıcı xislətli, insanlıq və sülh düşməni olan dəstənin bütün məkrli planları, iyrənc cəhdləri Azərbaycanın qətiyyətli duruşu qarşısında iflasa uğrayır. “Dəmir yumruq” qarşısında gücsüzlüklərini, acizliklərini, rəzil duruma düşdüklərini görən bu dəstənin üzvlərini dəli edən digər bir məqam isə onların öz ağaları qarşısında, necə deyərlər, gözükölgəli qalması, verilən “ev tapşırıqlarını” yerinə yetirə bilməməsidir.
Azərbaycanın qətiyyəti qarşısında məğlub olduqları üçün daha da quduzlaşırlar
Bu sırada almaniyalı deputat, siyasətçidən daha çox dələduz kimi tanınan Frank Şvabe də var. Bu gün Frank Şvabe və onun kimi digər bir neçə vələdüzna şəxsin Qərbin, Avropanın müxtəlif tribunalarında Azərbaycan hədəfə alması, bizə qarşı iftira yağdırması heç də təsadüfi deyil. O mənada ki, onlar bir tərəfdən Azərbaycana qarşı düşmənçiliklərini davam etdirirlərsə, digər tərəfdən də onları qidalandıran xaricdəki erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar.
Uzun zaman erməni lobbisinin yalı ilə yallanan Şvabe və onun kimilər hazırda Azərbaycanın qətiyyəti qarşısında hər dəfə məğlub olandan sonra daha da quduzlaşırlar. Bu həddə çatdıqları üçün isə əllərinə düşən hər bir tribunadan sui-istifadə edərək Azərbaycana, ayrı-ayrı siyasətçilərə qarşı təhqirlər yağdırmaqdan belə çəkinmirlər. Amma bir şeyi unutmurlar ki, hər bir xoş və bəd addımın həm də bumeranq effekti olur. Elə ixtiyarı erməni lobbisinin əlində olan Frank Şvabe də bizim bu yazını Azərbaycana qarşı etdiyi iyrəncliklərin bumeranq effekti kimi dəyərləndirə bilər.
Erməni lobbisinin “uşağı” olduuna dair sübutlar
Bu Şbavenin ermənilərin, erməni lobbisinin “uşağı olması”, təpədən dırnağa qədər ermənilərin işğalçılıq siyasətinə xidmət etməsini sübuta yetirmək heç də çətin deyil. Bunun üçün sadəcə bu vaxta qədər mediada qeyd edilən, həmçinin ayrı-ayrı ekspertlərin səsləndirdiyi faktlaırn bir neçəsini xatırlatmaq kifayət edər.
Əvvəla, qeyd etdiyimiz kimi, bu adamın Azərbaycan düşmənçiliyini bir səbəbi onun erməni sevgisi ilə bağlıdırsa, digər səbəbi də bu “sevgini” yaradan erməni maliyyəsi ilə əlaqədardır.