Gədəbəydə 26 yaşlı oğlana qarşı alçaldıcı hərəkətlər edən 3 nəfər saxlanılıb.
Hadisə bir neçə gün əvvəl rayonun kəndlərindən birində baş verib.
İlkin məlumata görə, həmin kəndin sakini olan 1998-ci il təvəllüdlü Ü.Qasımov (şərti) həmkəndlisinin həyat yoldaşına sevgi mesajı yazıb.
Bundan sonra qadının həyat yoldaşı, onun qohumu və dostu ilə birgə Ü.Qasımovu tutaraq cəzalandırmaq qərarına gəliblər. Onlar 26 yaşlı oğlanı döyərək başına ip bağlayıblar və kənd ərazisində gəzdiriblər. Daha sonra gənc oğlanı mesaj yazdığı qızın anasının yanına apararaq onun ayaqlarından öpməyə məcbur ediblər.
Hadisəni törədən S.Ə., T.Ə. və C.H. tutulublar. Onların barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.