Yaxın günlərdə Maliyyə naziri postunda dəyişiklik gözlənilir. Bu barədə Dia-az.İnfo hökumətdəki mənbədən informasiya alıb.
Xəbəri verən qaynaq iddia edir ki, Samir Şərifov ola bilsin ki, növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak etsin.
Mənbənin iddia etdikləri: "Ona görə də bu dəyişikliyin seçkilərə qədər baş tutacağı gözləniləndir. Əks halda S.Şərifova vəzifədən sonra "istirahət" üçün mandat belə rəva görülməmiş olacaq."