Samir Şərifovun “qara işlərinin avtoru” Təbriz kimdir ?
Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənovun qara əməlləri...
Öncə onu xüsusi olaraq qeyd edək ki, 2006-cı ilin aprel ayından bu günədək Azərbaycan Respublikasının maliyyə naziri olan Samir Şərifovun həqiqi kimliyi barədə tarix öz sözünü deyəcək. Və onun əməlləri bir gün ifşa olunacaq.
İndiki mövzumuz isə Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Həsənov Təbriz Oruc oğlu barəsindədir.
Onu da qeyd edək ki, Təbriz Həsənov uzun müddət bu idarənin rəis müavini olub və 2016-cı ildən bu idarənin rəisidir.
Təbriz Həsənovun vəzifəsinin “razmer”ini və əlində olan səlahiyyətlərin miqyasını təsəvvür etmək üçün Baş İdarənin funksiyalarına nəzər salaq.
Baş İdarənin rəis müavini Atalıyev Yavər Vətən oğludur.
Baş İdarənin digər rəis müavini -büdcə sektorunun müdiri: Cəlilova Şəfəq Xəlil qızıdır.
İdarənin struktur bölmələri :
İnzibati təsərrüfat sektorunun müdiri: Məhərrəmov Məhəmməd Qurban oğludur.
Xüsusi işlər və kadr üzrə baş məsləhətçi: Əhmədov Azad Əhmədkamal oğludur.
Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadı təhlil sektorunun müdiri : Ələkbərov Mahir Məhəmməd oğludur.
Xəzinə əməliyyatlarının uçotu və hesabatı sektorunun müdiri: Qurbanova Rüxsarə Məmməd qızıdır.
Xəzinə əməliyyatları sektorunun müdiri: Əhmədov Emil Seyfəddin oğludur.
İndi görək, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin fəaliyyəti nədən ibarətdir:
Baş İdarə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsidir.
Bakı şəhəri üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazrlanmasında səlahiyyətləri daxilində iştirak edir;
Dövlət büdcəsinin Bakı Şəhəri üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını təmin edir;
Qanunvericiliklə müəyyən olumuş qaydada dövlət büdcəsinin Bakı Şəhəri üzrə yerli xərclərinin icrasını təsdiq olunmuş rüblük bölgü əsasında təmin edir;
Büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində Baş İdarənin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak edir;
Bakı Şəhəri Üzrə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflərin hazırlanmasında müvafiq qaydada iştirak edir;
Baş idarənin nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə Bakı şəhərinin yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirir;
qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Bəli, indi gördünüzmü, söhbət hansısa bir adi idarədən getmir, əlində az qala bir nazirliyin, dövlət komitəsinin səlahiyyətləri olan qurumdan söhbət gedir.
Görəsən, Samir Şərifov bu boyda səlahiyyətləri əlində cəmləşdirən Təbriz Həsənovun ala gözlərinəmi aşiq olub?
Əsla, yox. Samir Şərifov ala gözlərə-zada aşiq olan deyil.
Samir Şərifov paytaxtın “baş finansist”inin qara əməllərinə heyran olub.
Bəli, unutmayaq ki, söhbət maliyyədən gedəndə bunun böyük bir hissəsi paytaxt Bakının, daha doğrusu, Təbriz Həsənovun payına düşür.
Təsəvvür edirsiniz, Bakıdakı yüzlərlə, minlərlə irili-xırdalı idarələrin, müəssisələrin maliyyə hesabatları, büdcələri Təbrizin əlinin altından gəlib keçir.
Yəni Təbriz pul dənizinin içində yelkən açıb.
Bu gün Bakıda Təbrizin mülkləri, mənzilləri, obyektləri, riyaziyyatçılar demiş N qədərdir. Hələ xaricdəki biznesini demirik.
Ümumiyyətlə, nazir Samir Şərifov öz “qara layihə”lərinin hamısını Təbrizin əli ilə həyata keçirir. Yəni Təbriz Həsənov nazir Samir Şərifovla bağlı əməlli-başlı informasiya mənbəyidir.
Ona görə də, Təbriz Həsənov dar dairələrdə deyir ki, Samir Şərifov məni işdən çıxarmaz, bəlkə də...çıxara bilməz.
Hətta bu uzun illər ərzində Təbriz Həsənov əməlli-başlı “qarğa dilini” də öyrənib və kefinin kök vaxtlarında öz-özünə “Vermərəm ha..”, “ Sən bildiklərini mən də bilirəm haa..”, “Açaram haa..” deyərək elə bil dilinin altında nəsə zikr edir.
Təbriz Həsənov üçün Bakının nəinki prospektləri, küçələri, hətta adi səkiləri də gəlir mənbəyidir. Bir binanı neçə dəfə qaşımaq olar, ay Təbriz müəllim ?
Bir səkini neçə dəfə söküb-tikmək olar ?
Bir köhnə binanı neçə dəfə üzləmək, aqlay çəkmək olar, cənab Həsənov ?
Hər dəfə dövlətin büdcəsindən milyonlar silinir.
Sözün qısası, Samir - Təbriz cütlüyünü də sabiq vergilər naziri Fazil Məmmədovun aqibəti gözləyir.
Yeri gəlmişkən, bir neçə gün öncə Fazilin ölkədən çıxışına stop qoydular.
Sağ əli Samir Şərifovun başına.
P.S Görəsən Samir Şərifovun mülkləri kimin adinadır? Çox maraqlı sualdır, elə deyilmi Təbriz müəllim. Bu haqda sonra...