Müdafiə nazirinin sabiq müavini – Əlahiddə Ümumqoşun Ordunun sabiq Komandanı general-polkovnik Kərəm Mustafayev bu günlərdə prokurorluğa çağırılıb.
İfadetv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, general-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib.
Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib.