Masazır qəsəbəsində qonşuları ilə yaranmış kanalizasiya problemi 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi direktorunu hədəfə gətirib
Abşeron rayon Masazır qəsəbəsi yoncalıq deyilən ərazidə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorunun dəbdəbəli villa tikdirməsi və qonşularla yaranmış kanalizasiya probleminin mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi Gülarə Quluzadəni çətin vəziyyətə sala bilər.
AzFakt.com-un əldə etdiyi məlumata görə Gülarə Quluzadənin tikdirməkdə oldğu 4 mərtəbəli villası və ortaya çıxan narazılıq, şikayətlə bağlı Elm və Təhsil Nazirliyində də müzakirə aparılıb. Mərkəz direktorunun 3 mərtəbəli villa tikdirməsi həm cəmiyyətdə həmdə Elm və Təhsil Nazirliyində birmənalı qarşılanmayıb.
Bildirək ki, Gülarə Quluzadə tikilməkdə olan villasını 10 ilə yaxındır inşa etdiyini desədə, sosial şəbəkədə çoxsaylı rəylərdə onun bu villanı hansı pulla təmir etdirməsi əsas mövzu olub. Çünki 4 mərtəbəli villanı tam təmirli halına gətirilməsi üçün ən azı 200 min manata yaxın vəsait lazımdır. Bu qədər vəsaiti isə Gülarə Quluzadənin aldığı əmək haqqı ilə heç cür üst-üstə düşmür.
Məlumata görə Gülarə Quluzadənin 4 mərtəbəli villasının gündəmə gəlməsindən sonra Elm və Təhsil Nazirliyi tərəfindən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi təftiş ediləcək.