Xəbər verildiyi kimi, sentyabrın 9-u axşam saatlarında Binəqədi rayonu Abay Kunanbayov küçəsində evə silahlı basqın olub. Polis əməkdaşları bir ailəni cinayətkarın əlindən xilas edib.
İfadetv.com xəbər veri ki, ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.
Silahlı şəxs ev sahibi Rauf İsmayılovun başına silah dayayaraq 30 milyon dollar tələb edib.
Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Şükürov zərərsizləşdirilib.
Qeyd edək ki, “Qafqazinfo” qonşulardan birinin hadisə yerindən telefonla çəkdiyi videonu əldə edib. Videodan görünür ki, çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edir və yerə uzanmasını tələb edirlər. Lakin həmin şəxs atəş açaraq müqavimət göstərir. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirir.