Azərbaycanda icra başçısı ilə xanım müğəninin rəqsi böyük marağa səbəb olub.
İfadetv.com manset.az-a istinadən xəbər verir ki, tanınmış müğənni Nişanə Baxışova toyda ifa edərkən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəqs etməyə başlayıb.
Sonra onlar oynayan zaman icra başçısı ilə məclisə gələn vəzifəli şəxslərdən biri başçıya xoş gəlsin deyə xanım ifaçıya pul verib.
Sözügedən anlar kameraya tuş gəlib.
Xatırladaq ki, 2 il öncə icra başçısı M.Məmmədov 2 nəfər tanınmış jurnalisti "pul tələbi" adı ilə həbs etdirmişdir.
Həmin görüntüləri təqdim edirik: